Alimlər saxta səsləri müəyyənləşdirən sistem yaradıblar

Altay Dövlət Universitetinin gənc alimləri səs yazısında mümkün dəyişikliyi müəyyənləşdirən sistem hazırlayıblar. Universitetin mətbuat xidmətindən bildirilib ki, layihə kimliyin identifikasiyasını səsli biometrik məlumatlar üzrə müəyyənləşdirən yerlərdə faydalı ola bilər.

Sistem saxta səsləri müəyyənləşdirmək qabiliyyətinə malikdir. Tərtibatçılar komandası sözügedən sistem üzərində 2,5 il çalışıblar. Alimlərin iddiasına görə, onlar yüksək nəticələr əldə etməyə nail olublar. Məsələn, onlar son nailiyyət kimi saxta səsləri aşkar edə bilən analitik modulların yaradılmasını qeyd edirlər.

Alimlərin yeni həlli ilk növbədə fırıldaqçılıqla mübarizə üçün nəzərdə tutulub. Məsələn, bank sistemində sözügedən sistemdən istifadə etmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31