Gündəm

Yük maşını məktəblilərin avtobusuna çırpıldı: 20 yaralı

24 May 2018 10:11

ABŞ-ın Viskonsin ştatında yük maşınıyla məktəbli avtobusu toqquşub. Qəza nəticəsində 20 nəfər xəsarət alıb.

Universitet yapon dilli kitablarla təchiz olundu

24 May 2018 10:09

Azərbaycan Dillər Universitetində yaradılmış “KUROSAKA adına kitabxananın 10 000 ədəd kitabla təmin edilməsi” layihəsi çərçivəsində yaponiyalıların humanitar yardım kimi topladıqları 1500 ədəd kitab Yaponiyadan Azərbaycana gətirilib. Bir müddət öncə Yaponiyanın Kanaqava Universitetindən və digər yaponiyalı həmkarlardan 1000-dən çox kitab hədiyyə olunub.

Tunarın nikahı oldu - FOTO

24 May 2018 10:07

Müğənni Tunar Rəhmanoğlu subaylığın daşını atıb. Sənətçinin nikah mərasimi ötən gün baş tutub. O, fotosunu sosial şəbəkədə paylaşaraq “Bir ömür birlikdə” şərhini yazıb. Sənət dostları da Tunarı bu münasibətlə təbrik edib.

Esra Erolun proqramında XƏYANƏT ŞOKU: “Təəssüflər olsun!”

24 May 2018 10:05

Esra Erolun proqramında studiya şefi, eyni zamanda Seda Sayanın qardaşı qızı Əda Gök eyni layihədə orkestrın dirijoru vəzifəsini icra edən Əmrah Albayrakdan ayrılıb.  10 ildir Esra Erolun proqramında çalışan Əmrah Albayrakın keçmiş solistlərindən və yaxın ailə dostları olan Burcu Senem Ünsal ilə sevgili olduğu üzə çıxıb.

Xalq teatrları və dram dərnəkləri: yeni formatlar axtarışında

24 May 2018 10:05

Yevlax şəhər Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Xalq teatrları və dram dərnəklərinin fəaliyyətinə yeni yanaşma” mövzusunda seminar həyata keçirilib.

İran filmləri Azərbaycan dilində 

24 May 2018 10:01

Mayın 29-dan 31 - dək Mədəniyyət və İncəsənət Universitetində ana dilimizdə ekranlaşdırılmış İran filmləri təqdim olunacaq. Olaylar.az bildirir ki,  “Sərhədsiz kino” silsiləsindən filmlərin təqdimatı mayın 31-dək davam edəcək. Tanınmış iranlı kinorejissor Rıza Siami həmkarlarının lentə aldıqları ekran əsərləri ilə bağlı bunları deyib:

ASAN Xidmətdə dəyişiklik - QƏRAR

24 May 2018 09:58

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib. Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara görə, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs də daxil edilib.

5 ağacın budağı kəsildi - 1000 manat CƏRİMƏ

24 May 2018 09:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib. Olaylar.az bildirir ki, reyd zamanı Sumqayıt şəhəri, 14-cü məhəllədə 4 ədəd tut və 1 ədəd qarağac ağaclarının  budaqlarının kəsildiyi aşkar edilib.

Tibb müəssisəsində maarifləndirici tədbir

24 May 2018 09:54

Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə mayın 23-də rayon ərazisində yerləşən 15 nömrəli Birləşmiş Şəhər xəstəxanasında "Azərbaycan Xalq Cümhuriyyəti-100" mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Olaylar/az bildirir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Həbibə Qəribova, xəstəxananın baş həkimi Akif Məmmədov, tibb müəsisəsinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

İnyesta yapon klubunda çıxış edəcək

24 May 2018 08:29

"Barselona" futbol klubunun sabiq ispaniyalı yarımmüdafiəçisi Andres İnyesta Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edəcək.

Aztəminatlı tələbələrin yataqxana xərcləri ilə bağlı YENİ XƏBƏR

24 May 2018 08:16

Gənclər Fondu aztəminatlı tələbələrin yataqxana xərclərini ödəyə bilər.

Avropa və ABŞ İranla nüvə sazişi üzrə güzəşt əldə etməkdən uzaqdır

24 May 2018 07:47

Avropa və ABŞ İranla nüvə sazişi üzrə kompromis əldə etməkdən hələ də uzaqdır.

Argentinada kinoteatr binası uçub, ölən və yaralananlar var - VİDEO

24 May 2018 07:45

Argentinada kinoteatr binası uçub.

Xamenei Avropaya ultimatum verdi

24 May 2018 01:45

Rəsmi Tehran İranın Vyanada bağlanmış nüvə sazişindən çıxmaması üçün Avropa ölkələrinə yeddi şərt irəli sürüb.