İran filmləri Azərbaycan dilində
Mayın 29-dan 31 - dək Mədəniyyət və İncəsənət Universitetində ana dilimizdə ekranlaşdırılmış İran filmləri təqdim olunacaq. Olaylar.az bildirir ki, “Sərhədsiz kino” silsiləsindən filmlərin təqdimatı mayın 31-dək davam edəcək. Tanınmış iranlı kinorejissor Rıza Siami həmkarlarının lentə aldıqları ekran əsərləri ilə bağlı bunları deyib:
24 May 2018 10:01 Teatr və kinoMayın 29-dan 31 - dək Mədəniyyət və İncəsənət Universitetində ana dilimizdə ekranlaşdırılmış İran filmləri təqdim olunacaq.
Olaylar.az bildirir ki, "Sərhədsiz kino" silsiləsindən filmlərin təqdimatı mayın 31-dək davam edəcək. Tanınmış iranlı kinorejissor Rıza Siami həmkarlarının lentə aldıqları ekran əsərləri ilə bağlı bunları deyib: "Kinosevərlər üç gün davam edəcək nümayişlərdə gənc rejissorların ərsəyə gətirdikləri 14 qısametrajlı filmə baxa biləcəklər. Təbriz, Ərdəbil və Urmiyadan olan rejissorların Azərbaycan dilində ekranlaşdırdığı filmlər təqdim ediləcək. Onlardan dördü sənədli, onu isə bədii filmdir".