Dəmir barmaqlıqlar arxasında 72 yaş: Həbsdəki eks-prezidentə siyasətçidən dəstək – ÖZƏL
14:40 SiyasətOlaylar.az xəbər verir ki, "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan həbsdə olan Ermənistanın ikinci prezidenti Robert Koçaryanı 72 illik yubileyi münasibətilə təbrik edib. Karapetyan ona və ailəsinə möhkəmlik arzulayaraq, Koçaryana qarşı həyata keçirilən təqibləri siyasi qisas adlandırıb və ölkənin gələcəyinin siyasi opponentlərin təqib edilməsi üzərində qurula bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, avqustun 25-də hüquq-mühafizə orqanları Robert Koçaryanın və onun oğlanlarının evlərində, eləcə də ailəyə məxsus şirkətlərdə axtarış aparıb. Səlahiyyət həddini aşaraq dövlət əmlakını bazar qiymətindən ucuz mənimsəməkdə və qanunsuz əmlak əldə etməkdə ittiham olunan eks-prezident və onun böyük oğlu Sedrak Koçaryan həbs ediliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31