Avropa və ABŞ İranla nüvə sazişi üzrə güzəşt əldə etməkdən uzaqdır
Avropa və ABŞ İranla nüvə sazişi üzrə kompromis əldə etməkdən hələ də uzaqdır.
24 May 2018 07:47 DünyaAvropa və ABŞ İranla nüvə sazişi üzrə kompromis əldə etməkdən hələ də uzaqdır.
Bu barədə çərşənbə günü Vaşinqtonda Almaniyanın xarici işlər naziri Hayko Maas ABŞ-ın xarici siyasət idarəsinin başçısı Maykl Pompeo ilə görüşdən sonra bildirib.
"Düşünürəm ki, biz kompromisdən uzağıq", - deyə "Reuters" Maasdan sitat gətirib. Nazirin sözlərinə görə, Almaniya, ABŞ, Böyük Britaniya və Fransanın iştirakı ilə İranın nüvə sazişi üzrə görüşünün təşkil olunmasını Pompeoya o təklif edib.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31