Gündəm

İki dünya nəhəngi arasında gərginlik: ABŞ və Çin...

24 May 2018 11:31

Çin hökuməti Cənubi-Çin dənizində yerləşən mübahisəli Spratli adalarındakı hərbi müdafiə sistemlərini ləğv etməli və bu regionun hərbiləşdirilməsinə yol verməməlidir.

"Bu, Çinin qərarından asılıdır" - Merkel İrana qarşı

24 May 2018 11:24

Almaniya Kansleri Angela Merkel ABŞ-ın qəbul etdiyi sanksiyaların təsiri nəticəsində Avropa şirkətlərInin bir hissəsinin İranı tərk edə biləcəyini bildirib.

"Son zamanlar Azərbaycan vətəndaşlarının İŞİD-ə qoşulması faktı qeydə alınmayıb"

24 May 2018 11:17

"Hazırda İŞİD-in fəaliyyəti tam şəkildə sönmək üzrədir. Həmin təşkilat süqutunu yaşayır. Təəssüf ki, vaxtilə Azərbaycandan da ora qoşulanlar olub".

Səddam Hüseynin gəmisi satışa çıxarıldı - Hotel olacaq

24 May 2018 10:43

İraqın beşinci prezidenti Səddam Hüseynin 1981-ci ildə xüsusi olaraq düzəltdirdiyi 82 metr uzunluğunda “Bəşər Briz” adlı gəmi hotel kimi istifadəyə veriləcək. İç dekorasiyası qızıldan tərtib edilən gəmi pilotlar tərəfindən hotel kimi istifadə olunacaq. Gəmi İraq-İran savaşı əsnasında Səudiyyə ərəblərinin əlinə keçib və daha sonra İordaniyaya aparılıb. İraq hökuməti isə qanuni yollarla gəmini 2010-cu ildə geri alıb.

Qurban Qurbanov millimizin daha bir üzvünü “Qarabağ”a gətirir

24 May 2018 10:30

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" ilk transferini gerçəkləşdirməyə yaxındı.  Rəşad Sadıqova layiqli əvəzləyici axtaran Qurban Qurbanov seçimini "Səbail"də çıxış edən Rahil Məmmədovun üzərində dayandırıb. 23 yaşlı mərkəz müdafiəçisinin Premyer Liqada sərgilədiyi oyun təcrübəli mütəxəssisin diqqətini cəlb edib.

Türkiyə, Rusiya və İran sərhəd boyunca hərbi qüvvələrini birləşdirdi

24 May 2018 10:28

Türkiyə, Rusiya və İran Astana görüşlərində əldə etdikləri razılığa əsasən, 4 atəşkəs nöqtəsindən biri olan Suriyanın İdlib bölgəsində nəzarət məntəqələri qurub. Nəzarət məntəqələri təyin edilmiş sərhəd xətti boyunca qurulub. Hazırda bölgədə Türkiyənin 12, Rusiyanın 10, İranın isə 7 nəzarət-keçid məntəqəsi var. Bu məntəqələr arasında ehtimal olunan riskləri aşağı salmaq üçün rabitə şəbəkələri də yaradılıb.

Musiqili Teatrda həftəsonu

24 May 2018 10:27

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu çox maraqlı olacaq. Olaylar.az bildirir ki, Musiqili Teatr 25 may saat 19:00-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanan möhtəşəm səhnə əsərinin premyerasını təqdim edəcək. 26 may saat 19:00-da milyonların sevimli gülüş ustası, xalq artisti Afaq Bəşirqızının iştirakıyla “Toya bir gün qalmış” (Ə.Səmədli) və 27 may saat 19:00-da “Hacı Qara” (M.F.Axundzadə) tamaşaları göstəriləcək.

"Eurovision" müsabiqəsi gələn il İsraildə keçirilməyə bilər

24 May 2018 10:23

"Eurovision" müsabiqəsi gələn il İsraildə keçirilməyə bilər. Bu barədə şounun rəsmi "Facebook" səhifəsində məlumat yayılıb:

"Qızım məndən çox arzulayır ki, ərə gedim" -  "Vicdan haqqı"nın aktrisası

24 May 2018 10:23

"Vicdan haqqı" serialında Ofeliya obrazına həyat verən aktrisa Sonaxanım Əliyeva  müsahibə verib. Həmin müsahibəni təqdim edirik: - Sonaxanım, bilirəm ki, iş qrafikiniz gərgindir. Həm toya gedirsiniz, həm də seriala çəkilirsiniz. Bütün bunları necə çatdırırsınız? - Neyləmək olar? Gərək çatdırım da. Könlü balıq istəyənin, quyruğu suda gərək (gülür). Təbii ki, çətindir. Eyni anda insanın beynində bir neçə fikir olur. Həyatda çətin olmayan heç nə yoxdur. Yəqin ki, mənim də alnımın yazısıdır çətinliklər.

Əkizlər Rozanı ələ saldı -  Qalmaqal böyüyür

24 May 2018 10:19

Müğənni Roza Zərgərli ilə Sevinc və Sevil Səfərovalar arasındakı qalmaqal getdikcə böyüyür. Bacıların sosial şəbəkədə R.Zərgərliyə söz ataraq mahnı oxuması qarşı tərəfi özündən çıxarıb. Zərgərli bir neçə verilişdə əkizlərlə ayrılma səbəbini açıqlayaraq, onların ünvanına sərt sözlər deyib. Ötən gün isə bacılar sənətçinin İnstaqramdakı bir paylaşımını öz səhifələrində yayımlayaraq, eyni sözləri yazıblar.

“Yeni nəsil dəvət edir” - Cümhuriyyətinin 100 illiyi

24 May 2018 10:18

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan   Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsini “Xalq çalğı alətləri ifaçılığı” kafedrasının tələbələrindən ibarət Xalq çalğı alətləri orkestri geniş konsert proqramı ilə çıxış edib. Olaylar.az bildirir ki, konsert Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində  reallaşıb.

Türkiyədə zəlzələ

24 May 2018 10:15

Türkiyədə 4,2 bal gücündə zəlzələ olub. Zəlzələ yerli vaxtla 01:10-da baş verib. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan yoxdur.

Muğam Mərkəzində “Leyli və Məcnun” dastanı 

24 May 2018 10:14

Mayın 24-də Beynəlxalq Muğam Mərkəzində (BMM) bu qurumun və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun birgə reallaşdırdığı “Dastan gecələri” layihəsi çərçivəsində “Leyli və Məcnun” dastanı təqdim olunacaq.