"Son zamanlar Azərbaycan vətəndaşlarının İŞİD-ə qoşulması faktı qeydə alınmayıb"

"Hazırda İŞİD-in fəaliyyəti tam şəkildə sönmək üzrədir. Həmin təşkilat süqutunu yaşayır. Təəssüf ki, vaxtilə Azərbaycandan da ora qoşulanlar olub".

"Hazırda İŞİD-in fəaliyyəti tam şəkildə sönmək üzrədir. Həmin təşkilat süqutunu yaşayır. Təəssüf ki, vaxtilə Azərbaycandan da ora qoşulanlar olub". 

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, terror təşkilatına qoşulan və sonradan peşman olaraq ölkəyə geri qayıdanlar məhkəmə qaydasında cəzalandırılıblar: "Əgər başqa yerlərdə də terrorçulara qoşulanlar olarsa, gələcəkdə ölkəyə qayıdanda onlar barəsində də müvafiq qanunvericilik çərçivəsində tədbirlər görüləcək".

M.Qurbanlı qeyd edib ki, bu gün ölkədən İŞİD-ə qoşulanların dəqiq sayı yoxdur və son dövrlər belə hadisə qeydə alınmayıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31