"Eurovision" müsabiqəsi gələn il İsraildə keçirilməyə bilər

"Eurovision" müsabiqəsi gələn il İsraildə keçirilməyə bilər. Bu barədə şounun rəsmi "Facebook" səhifəsində məlumat yayılıb:

"Eurovision" müsabiqəsi gələn il İsraildə keçirilməyə bilər.

Bu barədə şounun rəsmi "Facebook" səhifəsində məlumat yayılıb:

"Siz artıq səbirsizliklə gələn ilki "Eurovision" müsabiqəsinin başlanmasını gözləyirsiniz? Biz də. Ancaq hələlik təyyarələrə bilet almayın. Müsabiqənin harada və nə vaxt keçiriləcəyini bilmək üçün rəsmi səhifəmizi izləyin".

Beynəlxalq dərəcəli mahnı müsabiqəsinin belə bəyanatla çıxış etməsinin səbəbi bu il birini yeri tutan İsrailin müsabiqəni Fələstin torpaqlarında, paytaxt elan etdiyi Qüdsdə keçirməyi planlaşdırması ilə izah edilir. Qaydalara əsasən, "Eurovision" qalib ölkələrin paytaxtında keçirilir.

Xatırladaq ki, bu il Portuqaliyanın paytaxtı Lissabonda keçirilən "Eurovision-2018" mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta adlı ifaçı olub. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31