Qurban Qurbanov millimizin daha bir üzvünü “Qarabağ”a gətirir

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" ilk transferini gerçəkləşdirməyə yaxındı.  Rəşad Sadıqova layiqli əvəzləyici axtaran Qurban Qurbanov seçimini "Səbail"də çıxış edən Rahil Məmmədovun üzərində dayandırıb. 23 yaşlı mərkəz müdafiəçisinin Premyer Liqada sərgilədiyi oyun təcrübəli mütəxəssisin diqqətini cəlb edib.

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" ilk transferini gerçəkləşdirməyə yaxındı.

Rəşad Sadıqova layiqli əvəzləyici axtaran Qurban Qurbanov seçimini "Səbail"də çıxış edən Rahil Məmmədovun üzərində dayandırıb. 23 yaşlı mərkəz müdafiəçisinin Premyer Liqada sərgilədiyi oyun təcrübəli mütəxəssisin diqqətini cəlb edib.

Mənbənin sözlərinə görə, artıq Ağdam klubu ilə "Səbail" arasında bu keçidlə bağlı şifahi razılıq əldə olunub və yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq. Sportlife.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31