"Bu, Çinin qərarından asılıdır" - Merkel İrana qarşı

Almaniya Kansleri Angela Merkel ABŞ-ın qəbul etdiyi sanksiyaların təsiri nəticəsində Avropa şirkətlərInin bir hissəsinin İranı tərk edə biləcəyini bildirib.

Almaniya Kansleri Angela Merkel ABŞ-ın qəbul etdiyi sanksiyaların təsiri nəticəsində Avropa şirkətlərInin bir hissəsinin İranı tərk edə biləcəyini bildirib.

Bu barədə Angela Merkel Çin Dövlət Şurasının Baş naziri Li Kençsyanla görüşdən sonra təşkil olunan brifinqdə söyləyib.

Boşluğu Çin şirkətlərinin doldura biləcəyi ilə bağlı suala isə Merkel "bu, Çinin qərarından asılı olacaq",- deyə cavab verib.

Kansler Almaniyanın İranla bağlanmış nüvə sazişinə hörmətlə yanaşdığını bir daha vurğulayıb.

Qeyd edək ki, Prezident Donald Tramp mayın 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını və İrana qarşı sanksiyalar qəbul edəcəyini açıqlayıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31