Türkiyə, Rusiya və İran sərhəd boyunca hərbi qüvvələrini birləşdirdi
Türkiyə, Rusiya və İran Astana görüşlərində əldə etdikləri razılığa əsasən, 4 atəşkəs nöqtəsindən biri olan Suriyanın İdlib bölgəsində nəzarət məntəqələri qurub. Nəzarət məntəqələri təyin edilmiş sərhəd xətti boyunca qurulub. Hazırda bölgədə Türkiyənin 12, Rusiyanın 10, İranın isə 7 nəzarət-keçid məntəqəsi var. Bu məntəqələr arasında ehtimal olunan riskləri aşağı salmaq üçün rabitə şəbəkələri də yaradılıb.
24 May 2018 10:28 DünyaTürkiyə, Rusiya və İran Astana görüşlərində əldə etdikləri razılığa əsasən, 4 atəşkəs nöqtəsindən biri olan Suriyanın İdlib bölgəsində nəzarət məntəqələri qurub.
Nəzarət məntəqələri təyin edilmiş sərhəd xətti boyunca qurulub. Hazırda bölgədə Türkiyənin 12, Rusiyanın 10, İranın isə 7 nəzarət-keçid məntəqəsi var. Bu məntəqələr arasında ehtimal olunan riskləri aşağı salmaq üçün rabitə şəbəkələri də yaradılıb.
Astanada "atəşkəs bölgəsi" elan edilən ən geniş və çətin bölgə kimi dəyərləndirilən İdlibdə 3 ölkənin nəzarət məntəqələrinin tamamlanması ilə birlikdə bölgədə normal məişət həyatının yaranacağı bildirilir. Hərbi qaynaqlar sərhəd xətti boyunca təhülkəsizliyin təmin edildiyini xəbər verir.
Publika.az