Xalq teatrları və dram dərnəkləri: yeni formatlar axtarışında

Yevlax şəhər Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Xalq teatrları və dram dərnəklərinin fəaliyyətinə yeni yanaşma” mövzusunda seminar həyata keçirilib.

Yevlax şəhər Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "Xalq teatrları və dram dərnəklərinin fəaliyyətinə yeni yanaşma" mövzusunda seminar həyata keçirilib.

Olaylar.az bildirir ki, seminarın məqsədi regionlarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin təkmilləşdirilməsi, sahə üzrə mövcud problemlərin həlli yollarının müzakirəsi, xalq teatrları və dram dərnəklərinin işində eksperiment yolu ilə yeni formatların axtarılıb tapılmasıdır.

Gəncə, Bərdə, Kürdəmir, Ağdaş Regional Mədəniyyət İdarələrinin nəzdindəki Mədəniyyət mərkəzləri, digər mədəniyyət evləri və klublarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin rəhbərlərinin iştirakı ilə keçirilmiş tədbirdə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Yevlax rayon üzrə nümayəndəsi Rafiq Məmmədov, Mərkəzin əməkdaşları Elnarə Hacıyeva, Hikmət Nəbili və digərləri çıxış etmişlər. Tədbir çərçivəsində Mərkəz tərəfindən hazırlanmış ssenari əsasında Yevlax şəhər Bəşir Səfəroğlu adına Xalq teatrının aktyorları Elnurə Babayeva, Rüfət Quliyev və Qədir Abbasov yeni formatda interaktiv səhnəsiz tamaşa nümayiş etdilər.

A.Usubəliyev yüksək texnologiyalar zamanında ənənəvi teatrı ancaq müasir üsulların, müasir yanaşmasının yaşadacağını vurğuladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31