Vadeful: Aİ şimala doğru genişlənmədən imtina etməməlidir- ÖZƏL
14:34 SiyasətAlmaniyanın xarici işlər naziri Yohan Vadeful İslandiyanın referendumda Aİ-yə üzvlük danışıqlarının bərpasından imtina etməsinə baxmayaraq, Avropa İttifaqının şimala doğru genişlənmə məqsədindən əl çəkməməli olduğunu bildirib. Olaylar.az xəbər verir ki, Vadeful qeyd edib ki, İslandiya ilə yanaşı, Norveçin də Aİ-yə qoşulması istiqamətində səylər davam etdirilməlidir.
Nazirin sözlərinə görə, İslandiyanın qərarı Aİ-nin cəlbediciliyini artırmaq üçün hansı addımların atılmalı olduğunu nəzərdən keçirməyə əsas verir. O, xüsusilə iqtisadi perspektivlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31