Gündəm

Heydər Əliyev məzun oldu - Video

26 May 2018 22:11

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev təhsil aldığı “ADA” Universitetindən məzun olub. Bu gün “ADA”dan məzun olanlar üçün tədbir keçirilib.

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Bolqarıstana məğlub olub

26 May 2018 22:03

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında III turun oyununa çıxıb.

Koreya liderləri ikinci dəfə görüşdü: bu dəfə Kimin torpaqlarında

26 May 2018 17:42

Şimali Koreya lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Çje İn yenidən görüşüb. Liderlər yenə də sərhəddəki Panmunjon kəndində bir araya gəliblər. Lakin görüş bu dəfə sərhədin şimal hissəsində, yəni Kim Çen Inın rəhbərlik etdiyi ərazidə baş tutub.

Tarixi əsərə zərər vurdu: Haqqında cinayət işi AÇILDI

26 May 2018 17:40

Moskvanın Tretyakovskaya qalereyasında adı açıqlanmayan şəxs rəsm əsərinə ziyan vurub. Cinayətkar hadisə yerində yaxalanıb. İnsident mayın 25-də axşam saatlarında baş verib. Mühafizəçilərin çağırışı əsasında hadisə yerinə gələn polis əməkdaşları rəsmin şüşə çərçivəsini dəmir alətlə sındıraraq, kətana ciddi zərər vurmuş  şəxsi həbs edib.

Şirvanda 62 yaşlı müəllimə itkin düşdü

26 May 2018 17:38

Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayeva mayın 24-ü dərs dediyi məktəbdən çıxaraq bir daha geri qayıtmayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, qadın orta boylu, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Məktəbdən çıxarkən əynində qara yupka və ağ köynək olub.

Paşinyan Əcəmoğlundan kömək istədi: Ermənistan DALANA DİRƏNİB

26 May 2018 17:36

Ermənistanın yeni hökuməti erməni əsilli Türkiyə vətəndaşı, iqtisadçı Daron Əcəmoğlundan kömək istəyir.  Nikol Paşinyan baş nazir seçiləndən sonra Əcəmoğlu ilə telefon danışığı aparıb. Ermənistan mediası yazır ki, Ermənistan çıxılmaz vəziyyətdədir. Buna görə də Əcəmoğlu kimi iqtisadçının məsləhətinə ehtiyac var. Paşinyan Əcəmoğlundan İrəvana gəlməyi və “iqtisadiyyatın inkişafında” kömək etməyi istəyib. Əcəmoğlu bu təklifi qəbul edib, lakin onun nə vaxt Ermənistana gələcəyi məlum deyil.

“Oyuq”dan bayram konserti

26 May 2018 17:33

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün maarifləndirmə, yetişən nəsillərin milli dövlətçilik ruhunda tərbiyəsi missiyasını da uğurla davam etdirməkdədir. Olaylar.az bildirir ki, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca yetirmələri xalqımızın iki şanlı təqvim gününü -  28 may – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini möhtəşəm konsert proqramı ilə qeyd edəcək.

Tanınmış şəxsin evinə içalatı çıxarılmış koramal atdılar - FOTO

26 May 2018 17:30

Hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin və sığınacağının sədri Kəmalə Ağazadənin evinə içalatı çıxarılmış koramal atılıb. Bu haqda Olaylar.az -a Azərbaycan Uşaq Birliyinin sabiq əməkdaşı, bir vaxtlar Uşaqlar Birliyində koordinator kimi çalışan Vasif Akifli açıqlama verib. K.Ağazadə öz qardaşı arvadı tərəfindən məhkəməyə verilib və rüşvət almaqda ittiham olunur. Bu məsələ ilə bağlı məhkəmədə ifadə vermək üçün bir vaxtlar Uşaqlar Birliyində koordinator kimi çalışan Vasif Akifli Türkiyədən Azərbaycana gəlib.

Terrorçular azərbaycanlı polisi qətlə yetirdi: Xalq AYAĞA QALXDI

26 May 2018 17:25

PKK-nın İran qolu olan PEJAK tərəfindən qətlə yetirilən azərbaycanlı polisin cənazəsində “Şəhidlər ölməz, vətən bölünməz” şüarı səsləndirib.

BMT-dən Azərbaycana qarşı gözlənilməz QARABAĞ TƏXRİBATI - FOTOFAKT

26 May 2018 16:00

Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycana qarşı Qarabağ təxribatı törədilib. BMT-nin rəsmi saytında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılan qondarma rejimin “xarici işlər nazirliyinin” memorandumu dərc olunub.

Təhsil haqqını kazinoda uduzdu və ... - Gürcüstanda ölən tələbənin intiharının TƏFƏRRÜATI

26 May 2018 15:58

Gürcüstanda dünyasını dəyişən mingəçevirli tələbənin ölümü ilə bağlı təfərrüatlar məlum olub. Gürcüstanın Rustavi şəhəri yaxınlığında Kür çayında meyiti aşkar edilmiş 1998-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Tağı Novruz oğlu İskəndərzadənin meyiti bu gün səhər saatlarında Mingəçevirə gətirilərək dəfn edilib.

Finlandiya Prezidenti İlham Əliyevə  təbrik məktubu ünvanlayıb 

26 May 2018 15:56

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.  Təbrik məktubunda deyilir:

Qadınları şantaj edərək onlardan pul alan şəxs saxlanıldı

26 May 2018 15:54

Sosial şəbəkələrdə tanış olduğu qadınları barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək onlardan pul tələb edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinə müraciət edən N.Q. adlı qadın sosial şəbəkədə tanış olduğu Aslan adlı şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyək bir il ərzində 4000 ABŞ dolları və 200 manat pulunu aldığını bildirib.