“Oyuq”dan bayram konserti

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün maarifləndirmə, yetişən nəsillərin milli dövlətçilik ruhunda tərbiyəsi missiyasını da uğurla davam etdirməkdədir. Olaylar.az bildirir ki, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca yetirmələri xalqımızın iki şanlı təqvim gününü -  28 may – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini möhtəşəm konsert proqramı ilə qeyd edəcək.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün maarifləndirmə, yetişən nəsillərin milli dövlətçilik ruhunda tərbiyəsi missiyasını da uğurla davam etdirməkdədir. Olaylar.az bildirir ki, teatrın nəzdindəki "Oyuq" teatr-studiyasının balaca yetirmələri xalqımızın iki şanlı təqvim gününü -  28 may - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini möhtəşəm konsert proqramı ilə qeyd edəcək.

Iki əzəmətli tarixi yetişən nəsillərin yaddaşında möhkəmləndirmək, həmyaşıdları ilə birlikdə bayram ovqatına köklənmək istəyən istedadlı "Oyuq"çular "Ey şanlı Azərbaycan!" adlı konsert proqramı ilə bu günü həm özləri, həm də paytaxt sakinləri üçün yaddaqalan etmək üçün zəngin proqram hazırlayıblar.

Teatrın Dənizkənarı Bulvar İdarəsi ilə birgə reallaşdırdığı bu konsert proqramı 28 may (saat 16:00) Dənizkənarı Milli Park ərazisində, Kukla Teatrının yanındakı geniş meydanda baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31