Gündəm

Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyinə həsr olunmuş konsert 

26 May 2018 15:52

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyətinin  100 illiyinə həsr olunmuş konserе keçirilib. Konsertdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri çıxış ediblər. Tədbir Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilib.

ABŞ-ın Kaliforniya ştatında 28 may “ADR-in 100 illiyi Günü”

26 May 2018 15:45

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhəri 28 may 2018-ci il tarixini “Azərbaycan Demokratik Respublikasının 100 illiyi Günü” elan edib. Bununla bağlı San Dieqo meri, Şəhər Şurasının sədri və bütün üzvləri tərəfindən müvafiq bəyannamə imzalanıb.

İngiltərə kral ailəsindən İsraillə bağlı QƏRAR

26 May 2018 15:42

İngiltərə tax-tacının varislərindən Şahzadə Uilyam gələn ay İsrail və İordaniyadan sonra İordaniya çayının qərb sahilinə səfər edəcəyini açıqlayıb. İyunun 24-28-i aralığında İordaniyanın paytaxtından başlayacaq səfər Təl-Əviv cə Qüdsdən sonra Ramallahda başa çatacaq.

16 yaşlı qız itkin düşdü - MASALLIDA

26 May 2018 15:41

Masallı sakini itkin düşüb. Masallı şəhər sakini, 2002-ci il təvəllüdlü Sara Xıdır qızı Hüseynova mayın 17-də saat 14:00 radələrində ailə üzvlərindən xəbərsiz yaşadığı evi tərk edərək naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb. Sara Hüseynovanın əlamətləri bunlardır: Boyu 173 sm, gözləri və saçları qara rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən üzərində mavi rəngli yay gödəkçəsi, qara rəngli cins şalvar, ayağında isə boz rəngli idman ayaqqabısı olub.

Qəzalı obyektlərdə yaşayan məcburi köçkünlərlə bağlı QƏRAR VERİLDİ

26 May 2018 15:39

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən 149 qəzalı obyektdə 8701 ailə, 32743 məcburi köçkün məskunlaşıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 149 qəzalı obyektin 57-sində məskunlaşan məcburi köçkünlərin dərhal köçürülməsinə dair Fövqəladə Hallar Nazirliyi tərəfindən texniki rəy verilib.

“Vətənimdir Azərbaycan” layihəsi davam edir

26 May 2018 15:38

 Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzi  və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının “Vətənimdir Azərbaycan” adlı birgə layihəsi çərçivəsində iyunun 10-da Dövlət Akademik Opera və Balet Teatrının solisti, tanınmış xanəndə Elnur Zeynalovun solo konserti keçiriləcək. Olaylar.az bildirir ki, Elnur Zeynalov muğam və xalq mahnılarının gözəl ifaçısı olmaqla bərabər Opera Balet Teatrının səhnəsində Məcnun, Kərəm, Aşıq Qərib kimi obrazları da məharətlə yaradır.

Türkiyədə Cümhuriyyətin 100 illiyi üçün poçt markası BURAXILIB

26 May 2018 15:31

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə poçt markası buraxılıb. Markanın eskizini Azərbaycanın Türkiyədəki səfirliyi “Twitter” səhifəsində paylaşıb.

Müştərisi Elnarə Rzayevanın söyüşlərlə dolu yazışmasını yaydı

26 May 2018 15:30

Kosmetoloq Elnarə Rzayevanın adı hallanan qalmaqal günlərdir davam edir. Əvvəlcə Validə Firudinova adlı bir müştərisi Rzayevanın onu döydüyünü iddia etmişdi. Daha sonra isə həmin hadisəni göstərən video yayılıb. Videoda həkimlə xəstənin yerdə boğuşması yer alıb. Bundan sonra Gülçöhrə adlı xanım Elnarə Rzayevanın gel vuraraq dodaqlarını pis günə qoyduğunu iddia edib. İndi isə kosmetoloqun “İnstagram” səhifəsində onun barədə mənfi rəy yazanları təhqir etdiyi deyilir.

ABŞ Konqresində Azərbaycana növbəti bəyanat

26 May 2018 15:28

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Stiv Şabot (Respublikaçı – Ohayo) 24 may 2018-ci il tarixli iclasda bəyanatla çıxış edərək Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə öz təbliklərini çatdırmışdır.

"Qafqaz üçlüyü" - Kino adına ləkə

26 May 2018 15:25

Rüstəm İbrahimbəyovun ssenarisi və Eldar Şenqelayanın rejissorluğu ilə çəkilən “Qafqaz üçlüyü” filminə ard-arda iki dəfə baxdım. Ortada böyük “NİYƏ?” sualı vardı, ona cavab axtarırdım. Rüstəmin inanmadıqlarına and olsun ki, tapmadım. Sənət belədir: oxucu, yaxud tamaşaçı bütün niyə suallarına cavab axtarır. “Qafqaz üçlüyü” bu suala peşəkarlıq prizmasından cavab vermək gücündə olmayan filmdir. Filmin süjeti olduqca primitivdir və əsas bəsitliyi də ondadır ki, ssenari müəllifi “əsəri” niyə yazdığını və niyə ekranlaşdırdığını oxucuya, yaxud tamaşaçıya izah edə bilmir. Əslində izah etməyə çalışmır da.

Rusiya türk pomidorlarından məmnun qalmadı

26 May 2018 15:22

Türkiyədən  Rusiyaya ixrac edilən pomidorlarda fitosanitar normaların pozulduğu aşkarlanıb. Bu barədə Rusiyanın Baytarlıq Nəzarəti Federal Xidmət məlumat yayıb. Qeyd olunur ki, Rusiya tərəfindən Türkiyə pomidorlarının idxalına qoyulan qadağa aradan qaldırıldıqdan sonra 43 müəssisə tərəfindən tədarük həyata keçirilib. 11 şirkətin məhsulunda Rusiya qanunvericiliyi tələb və normalarının pozuntuları aşkar edilib.

Firuzə İbadovanın qızı hicab bağladı -  Fotolar

26 May 2018 15:20

Əməkdar artist Firuzə İbadova "Zaurla Günaydın" verilişinə qonaq olub. Müğənni proqrama 90 yaşlı anası Hökümə xanımla və qızı Hülya ilə birlikdə qatılıb. 

Klivlend şəhərində Azərbaycan Günü 

26 May 2018 15:18

Ohayo ştatının Klivlend şəhərinin meri Frenk G. Cekson Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümünün qeyd olunması ilə əlaqədar olaraq rəsmi bəyannamə vermişdir. Olaylar.az bildirir ki, F. Cekson Klivlend şəhərinin vətəndaşları adından Klivlend şəhərində 2018-ci ilin 28 may tarixini Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyini elan etməkdən qürur duyduğunu bildirir. Bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.

Qoyas Ştatının Qubernatoru  Azərbaycan xalqını təbrik etdi

26 May 2018 15:16

Braziliya Federativ Respublikasının Qoyas Ştatının Qubernatoru Joze Eliton de Figuerede junior, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə əlaqədar təbrik məktubu ünvanlayıb.

ABŞ bu ölkədə hərbi çevriliş planını İŞƏ SALDI

26 May 2018 15:10

ABŞ Venesuelada hərbi çevriliş hazırlayır. Bu barədə Venesuelanın prezidenti Nikolas Madurov deyib. Onun sözlərinə görə, ABŞ “Bolivar inqilabını məhv etmək” üçün hərbi çevriliş planını işə salır.