Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyinə həsr olunmuş konsert
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyinə həsr olunmuş konserе keçirilib. Konsertdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri çıxış ediblər. Tədbir Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilib.
26 May 2018 15:52 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyinə həsr olunmuş konserе keçirilib. Konsertdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri çıxış ediblər. Tədbir Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilib.
Olaylar.az bildirir ki, konsertdə F.Şopenin "Ballada", "Qrand polonez", A.Vivaldinin "İlin fəsilləri", F.Kreyslerin "Çin tanburini", F.Sücətdinovun "Qaytağı", N. Paqaninin "Kampanella",H. Venyanskinin "Skertso-tarantella",C.Cahangirovun "Ana", C.Friskobaldinin "Tokkata", T.Quliyevin "Azərbaycan elləri" əsərləri səslənib. Tamaşaçılar qarşısına Nərmin İsmayılova, Nərgiz Əliyeva, Ayşə Cəmil, Alim Abdullayev, Cavanşir Rüstəmbəyli, Cannel Nəcəfli, Vaqif Qurbanov, Pərvin Vəlizadə, Ərol Rzayev, Sona İsgəndərli, Leyla Zeynalova piano, tar, klarnet, violin və digər musiqi alətlərində ifa ediblər.