ABŞ Konqresində Azərbaycana növbəti bəyanat

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Stiv Şabot (Respublikaçı – Ohayo) 24 may 2018-ci il tarixli iclasda bəyanatla çıxış edərək Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə öz təbliklərini çatdırmışdır.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Stiv Şabot (Respublikaçı - Ohayo) 24 may 2018-ci il tarixli iclasda bəyanatla çıxış edərək Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə öz təbliklərini çatdırmışdır.

Olaylar.az bildirirki, bəyanatda bildirilir ki, 28 may 1918-ci il tarixində Azərbaycan Respublikası öz müstəqilliyini elan etmişdir. Bolşeviklərin Azərbaycanı işğalı və ölkənin sonradan Sovet İttifaqına birləşdirilməsi ilə bu müstəqilliyin qısa müddət davam etməsinin faciə olduğu qeyd edilir. Buna baxmayaraq, Azərbaycan xalqının Sovet işğalından azad olmaq arzusunu heç zaman itirmədiyi, SSRİ-nin dağılması ilə, Azərbaycanın bir daha 1991-ci ildə öz müstəqilliyini elan etdiyi vurğulanır. ABŞ-ın hər iki dövrdə Azərbaycanın müstəqilliyini tanıdığı bəyanatda bildirilir.

Azərbaycanın 2002-ci ildə NATO-nun Əfqanıstan əməliyyatlarına qətiyyətli dəstək verməklə, ABŞ-ın əsas təhlükəsizlik tərəfdaşı olduğunu sübut etdiyi qeyd olunur. Azərbaycanın ABŞ-ın yaxın müttəfiqi olan İsrail ilə 25 ildən çox müddət ərzində diplomatik münasibətlərə malik olduğu, Azərbaycanda firavanlıq içində yəhudi icmasının yaşadığı diqqətə çatdırılır.

Azərbaycanın enerji sektorunda lider ölkə olduğu, Avropada ABŞ müttəfiqləri üçün Xəzər Dənizindən təbii qazı daşıyacaq Cənub Qaz Dəhlizini irəlilətdiyi və enerji təchizatının bu diversifikasiyasının Avropanın Rusiyadan olan asılılığını azaldacağı bəyanatda qeyd olunur. Bununla yanaşı, Azərbaycanın İsrailin enerji idxalının 40 faizini təmin etdiyi vurğulanır.

Bəyanatın sonunda, Azərbaycanın ABŞ-ın əsl dostu olduğu bildirilir və Azərbaycan Respublikası müstəqilliyinin 100 illik yubileyi münasibətilə tərənnüm edilir.

Bəyanatın mətni ilə https://www.congress.gov/crec/2018/05/24/CREC-2018-05-24.pdf səhifəsində tanış olmaq mümkündü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31