Qoyas Ştatının Qubernatoru Azərbaycan xalqını təbrik etdi
Braziliya Federativ Respublikasının Qoyas Ştatının Qubernatoru Joze Eliton de Figuerede junior, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə əlaqədar təbrik məktubu ünvanlayıb.
26 May 2018 15:16 Xarici siyasətBraziliya Federativ Respublikasının Qoyas Ştatının Qubernatoru Joze Eliton de Figuerede junior, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə əlaqədar təbrik məktubu ünvanlayıb.
Olaylar.az bildirir ki, məktubda bildirilir ki, Azərbaycan Respublikasını 28 may Republika Günü münasibəti ilə təbrik edərək bildirmək istərdim ki, 28 may 1918-ci ildə qurulmuş Azərbaycan Demokratik Respublikası, demokratiya və ədalətli cəmiyyət dəyərlərinə verilmiş ən yüksək töhvələrdəndir.
Eyni zamanda, ölkələrimiz arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbriklərini çatdıraraq qeyd edir ki, bu il Qoyas Ştatında keçirilmiş foto sərgi, Ştat əhalisi üçün Azərbaycanın tarixi, adət ənənəsi və mədəniyyəti ilə, az da olsa tanış olmaq imkanı yaradıb.
Məktubun sonunda, Qubernotor tərəfindən qeyd edilib ki, Goias Ştatı ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq və hörmət bağlarının daimi olması niyyəti ilə bütün Azərbaycan xalqı təbrik edilir.