Koreya liderləri ikinci dəfə görüşdü: bu dəfə Kimin torpaqlarında
Şimali Koreya lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Çje İn yenidən görüşüb. Liderlər yenə də sərhəddəki Panmunjon kəndində bir araya gəliblər. Lakin görüş bu dəfə sərhədin şimal hissəsində, yəni Kim Çen Inın rəhbərlik etdiyi ərazidə baş tutub.
26 May 2018 17:42 DünyaŞimali Koreya lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Çje İn yenidən görüşüb.
Liderlər yenə də sərhəddəki Panmunjon kəndində bir araya gəliblər. Lakin görüş bu dəfə sərhədin şimal hissəsində, yəni Kim Çen Inın rəhbərlik etdiyi ərazidə baş tutub.
İki saatlıq zirvədə liderlərin Şimali Koreya və ABŞ arasında görüşün keçirilməsi müzakirə olunub.
ABŞ prezidenti Donald Trampla Kim Çen Inın görüşünün iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılırdı. Lakin Tramp bu görüşü ləğv etdi, bir gün sonra isə görüşün planlaşdırılması yenidən başladı.
Qeyd edək ki, Şimali və Cənubi Koreya liderləri bundan əvvəl Panmunjon kəndinin cənub hissəsində görüşmüşdü. İlk dəfə gerçəkləşən həmin görüşdə hər iki lider "Koreya yarımadasında bundan sonra müharibənin olmayacağını" bəyan etmişdilər.
İkinci dəfə gerçəkləşən görüşdə də liderlərin səmimi münasibəti diqqət çəkib. Publika.az