Gündəm

Türkiyəli müğənni Röyanın paltarından geyindi - FOTOLAR

29 May 2018 10:27

Türkiyəli müğənni Merve Özbey Azərbaycana gəlib. İfaçı Qubada istirahət mərkəzlərindən birində konsert verib. Mervenin gecədə geyimi diqqət çəkib. Belə ki, o, əməkdar artist Röya Ayxanın paltarının eynisindən istifadə edib.

Ermənistanda CASUS qorxusu - Kameralı köpəkbalığı tapıldı - FOTO

29 May 2018 10:20

Ermənistanda casus köpəkbalığı qorxusu yaşanıb.  Türkiyə sərhəddi yaxınlığında yerləşən Yeni Amasya kəndində köpəkbalığı şəklində şar tapılıb. Tapılan şarın üzərində kamera olub və şar boşalaraq yerə düşüb. Kəndlilər şarın üzərində kameranı görəndə təlaşlanıb.

Nazirlik materialları Baş Prokurorluğa göndərdi

29 May 2018 10:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu meşə sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları, Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin mütəxəssisləri tərəfindən dərhal araşdırılıb.

İllərdir küsülü olan Aygün və Zülfiyyədən səmimi foto

29 May 2018 10:08

Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili münasibətilə “Crystal hall”da konsert keçirilib. Gecədə bir çox məşhurlar səhnəyə çıxıb və mahnılar səsləndiriblər. İfaçılar arasında xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayeva da yer alıblar. İki küsülü müğənninin gecədə yan-yana çəkdirdiyi fotosu sosial şəbəkədə yayılıb. Aygünlə Zülfiyyənin səmimi görüntüsü diqqətdən qaçmayıb. 

Bakıda polisdən XÜSUSİ ƏMƏLİYYAT: Tutdular... - FOTO

29 May 2018 10:05

Bakıda polis əməliyyat keçirərək avtomobili oğurlayan şəxsi yaxalayıb. Hadisə ötən gecə Yasamal rayonunda baş verib. Belə ki, mayın 26-da Nəsimi rayonu Füzuli küçəsində yaşayan Quliyev Sərxan Məhəmməd oğlu Nəsimi Rayon Polis İdarəsinə məlumat verərək bildirib ki, ona məxsus 10-EK-005 dövlət qeydiyyat nişanlı "Hyundai Azera" markalı avtomobil oğurlanıb.

Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilir

29 May 2018 09:58

Bu gün Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilir. Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Rusiya ilə Əsəd rejimi arasında gözlənilməz BÖHRAN: Hmeymimdə üsyan qalxdı

29 May 2018 09:57

Suriyada Bəşər Əsəd rejimi əsgərlərinin ötən həftə İŞİD terror təşkilatından razılıq əsasında aldqıları Yermuq Qapısında gerçəkləşdirdiyi soyğun Rusiyanı bərk əsəbiləşdirib. Əsəd qüvvələri İŞİD əsgərlərinin bölgəni tərk etməsindən dərhal sonra yük maşınları ilə daxil olub və evləri, hətta məscidlərdəki dəyərli əşyaları soyaraq bölgəni tərk edib. Suriya Vətəndaş Müharibəsinin başlamasından bəri rejimin ən böyük dəstəkçisi olan Rusiya bu hadisələrdən sonra sürpriz şəkildə soyğunda iştirak edən əsgərlərini həbs edib.

Nazir belaruslu rejissoru qəbul etdi

29 May 2018 09:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Belarusun “Aves” kinostudiyasının rəhbəri, rejissor İqor Bışnyov arasında görüş keçirilib.

Ərdoğan: "Güclü prezident üçün güclü parlamentə ehtiyac var"

29 May 2018 09:53

"Əgər güclü hökumətdən danışırıqsa, güclü hökuməti güclü parlamentə yerləşdirməliyik". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanallara müsahibəsində bildirib.

Paytaxt Ankaraya 50 sm dolu yağdı – VİDEO/ FOTO

29 May 2018 09:45

Türkiyənin Ankara şəhərinə dolu yağışından sonra 50 sm hündürlüyündə qar yağıb. Dolu ötən gün günorta saatlarında yağmağa başlayıb.

Cümhuriyətin  100 illiyi  Bruklində qeyd olundu

29 May 2018 09:41

Nyu York ştatının Bruklin şəhərində Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi və İsrail dövlətinin yaranmasının 70 illiyi münasibətilə “My Way” uşaq və gənclərin inkişaf mərkəzi tərəfindən “İpək Yolu” festivalı keçirilmişdir. Olaylar.az bildirir ki, festivalın açılış hissəsində Heydər Əliyev fondu tərəfindən hazırlanmış Azərbaycan haqqında video və “My Way” mərkəzinin Qafqaz Ritm adlı uşaq rəqs qrupunun “Azərbaycan” rəqsinin ifası ilə başlanılmışdır. Qeyd edək ki, bu ilki “İpək Yolu” festivalı müxtəlif mədəniyyət və ölkələri bir yerə gətirərək məhz Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuşdur.

ABŞ Konqresinin üzvünün Azərbaycanla bağlı bəyanatı

29 May 2018 09:37

ABŞ Konqresinin Nümayəndələr Palatasının iclasında Alabamanı təmsil edən konqresmen Robert Aderholt  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bəyanatla çıxış edib. Olaylar.az bildrir ki, bəyanatda bildirilir ki, 28 may 1918-ci il tarixində Azərbaycan Milli Assambleyası İstiqlal Bəyannaməsi qəbul edərək, müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası olan Azərbaycan Demokratik Respublikasının əsasını qoymuşdir.

Abramoviç İsrailin ən zəngin adamı oldu

29 May 2018 09:34

Rus iş adamı Roman Abramoviç bazar ertəsi günü vətəndaşlıq almaq üçün İsrailə gedib. Bir neçə saat ölkədə qaldıqdan sonra yəhudi dövlətini tərk edib. Times of Israel qəzetin bildirdiyinə görə, müvafiq prosedur qaydalarına uyğun olaraq, Abramoviç hava limanında daxili yəhudi pasportunu alıb. Verilən məlumata əsasən o, artıq İsrailin Moskvadakı səfirliyində İsrail vətəndaşlığı almaq üçün lazımlı sənədləri doldurmuşdu.

"Liverpul"dan rəsmi transfer

29 May 2018 08:32

“Monako”nun yarımmüdafiəçisi Fabinyo karyerasını “Liverpul”da davam etdirəcək.