Cümhuriyətin 100 illiyi Bruklində qeyd olundu
Nyu York ştatının Bruklin şəhərində Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi və İsrail dövlətinin yaranmasının 70 illiyi münasibətilə “My Way” uşaq və gənclərin inkişaf mərkəzi tərəfindən “İpək Yolu” festivalı keçirilmişdir. Olaylar.az bildirir ki, festivalın açılış hissəsində Heydər Əliyev fondu tərəfindən hazırlanmış Azərbaycan haqqında video və “My Way” mərkəzinin Qafqaz Ritm adlı uşaq rəqs qrupunun “Azərbaycan” rəqsinin ifası ilə başlanılmışdır. Qeyd edək ki, bu ilki “İpək Yolu” festivalı müxtəlif mədəniyyət və ölkələri bir yerə gətirərək məhz Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuşdur.
29 May 2018 09:41 Xarici siyasətNyu York ştatının Bruklin şəhərində Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi və İsrail dövlətinin yaranmasının 70 illiyi münasibətilə "My Way" uşaq və gənclərin inkişaf mərkəzi tərəfindən "İpək Yolu" festivalı keçirilmişdir.
Olaylar.az bildirir ki, festivalın açılış hissəsində Heydər Əliyev fondu tərəfindən hazırlanmış Azərbaycan haqqında video və "My Way" mərkəzinin Qafqaz Ritm adlı uşaq rəqs qrupunun "Azərbaycan" rəqsinin ifası ilə başlanılmışdır. Qeyd edək ki, bu ilki "İpək Yolu" festivalı müxtəlif mədəniyyət və ölkələri bir yerə gətirərək məhz Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuşdur.
Daha sonra Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar Bruklin dairə şurasının prezidenti Erik Adams adından Azərbaycan icmasının fəal üzvü Marietta Rozental tərəfindən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova bəyanat təqdim olundu. Bəyanatda Azərbaycanın 100 illiyi və Azərbaycan-Amerika icmasının mədəni, siyasi və sosial həyatda vacib rolu diqqətə çatdırılmışdır. Eləcə də Azərbaycan icmasının Bruklin şəhərinin mədəni zənginliyinə əvəzolunmaz töhfələri qeyd olunub.
Öz çıxışında səfir E.Süleymanov Azərbaycan icmasını ADR 100 illiyini, eləcə də tədbirdə iştirak edən gürcü və yəhudi icmalarını Gürcüstanın 100 illiyi və İsrailin 70 illiyi münasibətilə təbrik edib. Diplomat İpək Yolunda Azərbaycanın vacib rolunu qeyd edərək "İpək Yolu" festivalında da Azərbaycanın simvolik olaraq diqqət mərkəzində olduğu qeyd edib. Fürsətdən istifadə edərək səfir E. Süleymanov bu yaxınlarda ilk dəfə olaraq ADR-in 100 illiyi ilə əlaqədar olaraq Vaşinqtonun ən populyar turizm mərkəzlərindən olan Tomas Ceferson Memorial, Vaşinqton Abidəsi, Linkoln Memorial və Ağ Evin qarşısında Azərbaycan milli rəqslərin nümayişini xatırlayaraq My Way mərkəzinin rəhbəri Alyona Bədəlovaya öz dərin minnətdarlığını bildirdi.
Azərbaycan mədəniyyətini, o cümlədən digər mədəniyyətlərin təqdimatı üçün 1500-ə yaxın iştirakçını fəal olaraq bir yerə toplayan "İpək Yolu" festivalında "Azərbaycan" rəqsi ilə yanaşı "Arşın mal alan" və "Salam" rəqsləri, "Sarı gəlin" və "Azərbaycan" mahnıları ifa olunmuşdur. "Arşın mal alan" rəqsi zamanı festivalın aparıcıları bu məşhur əsərin Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyova məxsus olduğunu və eyni adlı filmin dünyanın 80 dilinə tərcümə olunduğu qeyd olunmuşdur. Həmçinin festival çərçivəsində Azərbaycan mədəniyyətinin təqdimatında Nyu York şəhərində yaşayan Azərbaycandan olan yəhudi icması xüsusi rol oynamışdır. Tədbirdə dağ yəhudilərinin milli rəqsləri və tədbir üçün xüsusi olaraq hazırlanmış "Salam-Şalom" rəqsi ifa olunmuşdur.
Festival boyu gürcü, hind, yəhudi, uyğur, rus, qazax, özbək xalqlarına məxsus rəqslər və mahnı ifaları nümayiş etdirilmişdir.
Festivalın sonunda "Ey əziz anam, Azərbaycan" mahnısı həm Azərbaycan, həm də rus dilində ifa olunmuşdur.