ABŞ Konqresinin üzvünün Azərbaycanla bağlı bəyanatı

ABŞ Konqresinin Nümayəndələr Palatasının iclasında Alabamanı təmsil edən konqresmen Robert Aderholt  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bəyanatla çıxış edib. Olaylar.az bildrir ki, bəyanatda bildirilir ki, 28 may 1918-ci il tarixində Azərbaycan Milli Assambleyası İstiqlal Bəyannaməsi qəbul edərək, müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası olan Azərbaycan Demokratik Respublikasının əsasını qoymuşdir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının iclasında Alabamanı təmsil edən konqresmen Robert Aderholt  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bəyanatla çıxış edib.

Olaylar.az bildrir ki, bəyanatda bildirilir ki, 28 may 1918-ci il tarixində Azərbaycan Milli Assambleyası İstiqlal Bəyannaməsi qəbul edərək, müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası olan Azərbaycan Demokratik Respublikasının əsasını qoymuşdir.

Sovet rejiminin təzyiqlərindən əziyyət çəkən Azərbaycanın, kommunist imperiyasının dağıntılarından çıxaraq ABŞ-ın güclü və etibarlı müttəfiqinə çevrildiyi konqresmen Aderholt tərəfindən qeyd olunmuşdur. O, vurğulamışdır ki, bugün Azərbaycan Respublikası ABŞ-ın dəyərli tərəfdaşı olmaqla yanaşı, həmçinin Qafqaz və Mərkəzi Asiyada mühüm rol oynayır. Azərbaycan 2001-ci il 11 sentyabr terror hücumlarından sonra ABŞ-a təmənnasız yardım göstərən ilk ölkələrdən biri olmuşdur. ABŞ-ın ən yaxın müttəfiqi İsrail ilə Azərbaycanın güclü dostluq və tərəfdaşlıq münasibətlərinə malik olduğu bəyanatda diqqətə çatdırılır.

Azərbaycanın ABŞ-ın Avropadakı müttəfiqlərinin və İsrailin enerji təhlükəsizliyinin və diversifikasiyasının təmin edilməsində əsas rola malik olduğu və Cənub Qaz Dəhlizində liderliyi bəyanatda vurğulanmışdır.

Bəyanatın sonunda, Azərbaycan Demokratik Respublikasının bu 100 illik yubileyində, iki ölkə arasında strateji münasibətlərə və davamlı dostluğa görə ABŞ-ın Azərbaycana minnətdar olduğu bildirilir.

Bəyanatın mətni ilə https://www.congress.gov/crec/2018/05/25/CREC-2018-05-25.pdf səhifəsində tanış olmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31