Ermənistanda CASUS qorxusu - Kameralı köpəkbalığı tapıldı - FOTO
Ermənistanda casus köpəkbalığı qorxusu yaşanıb. Türkiyə sərhəddi yaxınlığında yerləşən Yeni Amasya kəndində köpəkbalığı şəklində şar tapılıb. Tapılan şarın üzərində kamera olub və şar boşalaraq yerə düşüb. Kəndlilər şarın üzərində kameranı görəndə təlaşlanıb.
29 May 2018 10:20 DünyaErmənistanda casus köpəkbalığı qorxusu yaşanıb.
Türkiyə sərhəddi yaxınlığında yerləşən Yeni Amasya kəndində köpəkbalığı şəklində şar tapılıb. Tapılan şarın üzərində kamera olub və şar boşalaraq yerə düşüb. Kəndlilər şarın üzərində kameranı görəndə təlaşlanıb.
Kəndin muxtarı şarın Türkiyədən uçurulan və gizli çəkiliş edən casus hava vasitəsi olduğunu düşünərək Yerevandakı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə zəng edib. Kəndə gələn polis və təhlükəsizlik xidmətinin əməkdaşları kameralı köpəkbalığı şarını araşdırmaq üçün onu təcili olaraq paytaxt Yerevana aparıb.
Lakin aparılan araşdırmalar zamanı Yeni Amasya kəndi və Yerevanın yaşadığı təlaş puça çıxıb. Xüsusilə də şarın üzərində olan kameranın yaddaşına baxan zaman şarın sadəcə Çin istehsalı olan oyuncaq olduğu təsbit edilib.



A24.az