Gündəm
Cümhuriyyətin 100 illiyi Kubada qeyd olundu
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Kubadakı Səfirliyi tərəfindən Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində bayram tədbiri keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Kubanın Əmək və Sosial Müdafiə naziri Margarita Qonsales Fernandes, Xarici İşlər nazirinin müavini Roxelio Sierra Dias, Kubanın müxtəlif dövlət və hökumət qurumlarının rəsmiləri və bu ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.
Qazaxıstan Rusiyadan benzin idxalını müvəqqəti dayandırır
Qazaxıstanın energetika naziri Kanat Bozumbayev Rusiyadan ölkəyə dəmir yolu ilə benzin idxalının 3 ay müddətinin dayandırılması barədə əmr imzalayıb.
"Prezidentlərin görüşü yalnız bu halda mümkündür" - Şərh
Fransa, Rusiya və ya Amerika prezidentlərindən biri Azərbaycan və Ermənistan liderlərini bir araya gətirmək təşəbbüsü ilə çıxış edərsə, bu zaman Azərbaycan və Ermənistan liderləri arasında görüş baş tuta bilər.
“Rusiya tələb edirdi ki...” - Deputat Cənub Qaz Dəhlizindən danışır
"Cənub Qaz Dəhlizi çox əhəmiyyətli bir layihədir".
Jirinovski: İranlı qaçqınlar Azərbaycana doluşacaq – VİDEO
“ABŞ-ın İranın nüvə sazişindən çıxması islam respublikasında sosial partlayışa səbəb ola bilər. Bu baş versə nəticədə Qafqaz iranlı qaçqınlarla dolacaq”. Belə bir bəyanatla Rusiyanın Liberal-demokratlar partiyasının lideri Vladimir Jirinovski çıxış edib.
“Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” adlı dəyirmi masa
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” mədəniyyət ilinə həsr olunmuş dəyirmi masa keçirilib.
ABŞ Çin vətəndaşlarına qapılarını bağlayır - Yeni qayda
ABŞ iyunun 11-dən Çin vətəndaşlarına vizaların verilməsində yeni qaydalar tətbiq edir.
Nazir səfirlə görüşdü
Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav arasında tanışlıq görüşü keçirilib. Olaylar.az bildirir ki, görüşdə ətraf mühit, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Doğuş estetik əməliyyat etdirib?
Bir müddət əvvəl müğənni Doğuşun estetik əməliyyat olunduğu iddia olunmuşdu. İfaçı haqqında çıxan xəbərə sosial mediada açıqlama gətirib. O, üz cizgilərinin dəyişimini yeni çəkdirdiyi film üçün etdiyi makiyajla əlaqələndirib:
Müsəlman ölkəsindən ŞOK ADDIM: İsrailin adı "Qurani-Kərim"dəki bu surəyə verildi
Birləşmiş Ərəb Əmirliklərində dərc edilən “Qurani-Kərim” kitabında təhrifə yol verilib. Kitabda yer alan “İsra” surəsi çıxarılıb və yerinə “Bəni İsrail”, yəni “İsrailoğulları” adlı uydurma surə yazılıb. Dəyişiklik dərhal diqqət çəkib və sosial mediada yayılıb. Körfəz dünyasından isə mövzu ilə bağlı hər hansı açıqlama və ya təkzib gəlməyib.
Müəssisənin rəhbəri 4800 manat məbləğində cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonu, Şahin Səmədov küçəsində tullantıların yandırılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb. Olaylar.az bildirir ki, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Üzeyir 2” kiçik müəssisəsi tərəfindən atılaraq yandırıldığı müəyyən edilib.
Suğra Bağırzadənin ailəsində AĞIR İTKİ – FOTO
Əməkdar artist, tanınmış aktrisa, rəssam və "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadəyə ağır itki üz verib. Əməkdar artistin qardaşı dünən vəfat edib.














