Gündəm

Nazir müavini: "Azərbaycandakı neft-qaz layihələri Yaponiyanın enerji təhlükəsizliyi üçün çox mühümdür"

30 May 2018 10:40

Xəzər regionunda reallaşdırılan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi kimi neft-qaz layihələri, həmçinin Qazaxıstanda "Kaşaqan" layihəsinin həyata keçirilməsi Yaponiyanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün çox vacibdir. Bunu Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye nazirinin müavini Daisaku Hiraki Bakıda keçirilən 25-ci "Xəzər Neft və Qaz" beynəlxalq konfransında çıxışı zamanı deyib.

Pakistan və Hindistan razılığa gəldi

30 May 2018 10:36

Pakistan və Hindistan Kəşmirdə atəşkəsin bərqərar edilməsi barədə razılığa gəlib.

İyunun 1-də Bakı küçələrində reyd keçiriləcək - SƏBƏB?

30 May 2018 10:32

İyunun 1-də Bakı yollarında təbliğat xarakterli reyd keçiriləcək.

Akademik Arif Paşayev N.E.Jukovski adına Milli Aerokosmik Universitetinin fəxri professoru adına layiq görülüb

30 May 2018 10:27

N.E.Jukovski adına Milli Aerokosmik Universiteti - Xarkov Aviasiya İnstitutunun Elmi Şurasının qərarı ilə Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycanın görkəmli alimi, akademik Arif Paşayev aviasiya və texnika elminin inkişafındakı böyük xidmətlərinə görə universitetin fəxri professoru adına layiq görülüb.

Məşhurlar bayram konsertində

30 May 2018 10:21

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzin və Sabuncu rayonu Asudə Vaxt Mərkəzinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş bayram konserti keçirilib. Olaylar.az bildirir ki, konsertdə Ramana Gənc Əlillərin Əmək və İstirahət evinin nümayəndələri və sakinləri, Bakı şəhər mədəniyyət müəssisələrinin direktorları və digər qonaqlar iştirak ediblər. Konsertin aparıcıları Nurlan Həsənzadə və Xanım Əliyeva Azərbaycan Xalq Cümhuriyyətin Yaranmasının tarixi haqqında qonaqlara geniş məlumat veriblər.

Nazir: “Geosiyasi tendensiyalar neftin 80 dollaradək bahalaşmasına rəvac verib"

30 May 2018 10:19

“Cari neft qiymətlərindəki dəyişiklik oxşar tarixi analogiyalarla üst-üstə düşür”. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

Bakıda “Xəzər Neft və Qaz” beynəlxalq konfransı başlayıb

30 May 2018 10:16

Bu gün Bakıda XXV yubiley Beynəlxalq “Caspian Oil and Gas” (“Xəzər Neft və Qaz”) beynəlxalq konfransı konfransı keçirilir.

OPEC-in baş katibi: "Azərbaycan mühüm rolu ilə enerji landşaftına təsir edib"

30 May 2018 10:11

"Azərbaycan mühüm rolu ilə enerji landşaftına təsir edib". Bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” konfransında OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib.

“Cümhuriyyət tələbələri” filmi  təqdim edildi

30 May 2018 10:09

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq ölkəmizdə kütləvi tədbirlər keçirilir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Cümhuriyyət tələbələri” filmi Nizami Kino Mərkəzində təqdim edildi.

Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurası Azərbaycandakı nümayəndəliyini ləğv edir

30 May 2018 10:08

Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRIF) Azərbaycan nümayəndəliyi olan “CRİF Azərbaycan” MMC ləğv olunduğunu elan edib.

Energetika naziri: "Azərbaycan dünya bazarında neftin qiymətinin sabitləşməsinə töhfə verib"

30 May 2018 10:05

"Azərbaycan OPEC+ razılaşmasına erkən qoşulub və götürdüyü öhdəlikləri daim yerinə yetirib. Beləliklə, dünya bazarında qiymətlərin sabitləşməsində rolunu göstərib". Bunu 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” konfransının açılışında Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib.

"Maşın şou" başladı -  Bu da iştirakçılar

30 May 2018 10:04

“M Group Production”ın təşkilatçılığı ilə “Maşın Şou”nun 16-cı mövsümü start götürüb. ATV-də efirə gedən şouya 18 məşhur sima qatılıb. Onlardan bəziləri ötən verilişlərdən təcrübəli olsa da, digərləri proqramda ilk dəfə çıxış edir. Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu şounun budəfəki mövsümü "Xanımlar və cənablar 2" adlanır. Veriliş hər axşam saat 22:00-da yayımlanacaq. Qalibə bahalı avtomobil təqdim olunacaq.   Yarışın iştirakçıları aşağıda adları qeyd olunanlardır:

HƏMAS İsraillə atəşkəs rejiminin bərpa olunduğunu elan edib

30 May 2018 10:02

Qəzza zolağını idarə edən HƏMAS hərəkatı İsraillə atəşkəs rejiminin bərpasına dair razılıq əldə etdiklərini bildirib.

İranda zəlzələ

30 May 2018 10:02

İranda 4 bal gücündə zəlzələ olub. Zəlzələ ölkənin cənub-şərqində Sistan və Baluçestan vilayətində baş verib.