HƏMAS İsraillə atəşkəs rejiminin bərpa olunduğunu elan edib
Qəzza zolağını idarə edən HƏMAS hərəkatı İsraillə atəşkəs rejiminin bərpasına dair razılıq əldə etdiklərini bildirib.
30 May 2018 10:02 DünyaQəzza zolağını idarə edən HƏMAS hərəkatı İsraillə atəşkəs rejiminin bərpasına dair razılıq əldə etdiklərini bildirib.
Bu barədə HƏMAS bəyanat yayıb.
Sənəddə bildirilib ki, çoxsaylı vasitəçiliyin səyi ilə qarşlıqlı olaraq, Qəzza zolağında atəşkəs rejiminə qayıtmaq haqqında razılıq əldə edilib.
İsrail tərəfi məsələni hələlik təsdqiləməyib. Ancaq bu yaxınlarda ölkə rəsmiləri gərginliyin azaldılmasını istədiklərini dəfələrlə vurğulayıblar.
Qeyd edək ki, mayın 29-da İsrail hərbçiləri Qəzza zolağına və "Həmas" isə İsrail ərazisinə raket zərbələri endirib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31