Qazaxıstan Rusiyadan benzin idxalını müvəqqəti dayandırır
Qazaxıstanın energetika naziri Kanat Bozumbayev Rusiyadan ölkəyə dəmir yolu ilə benzin idxalının 3 ay müddətinin dayandırılması barədə əmr imzalayıb.
30 May 2018 10:00 DünyaQazaxıstanın energetika naziri Kanat Bozumbayev Rusiyadan ölkəyə dəmir yolu ilə benzin idxalının 3 ay müddətinin dayandırılması barədə əmr imzalayıb.
Rusiya mətbuatına istinadən xəbər verir ki, əmr onun rəsmi mətbuatda dərc edilməsindən 10 gün sonra qüvvəyə minəcək.
Hazırda sənədin ictimai müzakirəyə çıxarıldığı və bu prosesin iyunun 6-na qədər davam edəcəyi bildirilir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31