Gündəm
Kiyevdə rusiyalı jurnalist güllələnərək qətlə yetirilib
Rusiyalı jurnalist Arkadi Babçenko Kiyevdə güllələnərək qətlə yetirilib.
"Zaur efirdə fahişəliyi təbliğ etdiyi üçün Vüqar Qaradağlının üzünə tüpürmüşəm" - Rəşid Mahmudovdan ŞOK AÇIQLAMALAR
Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov ATV-də yayımlanan "Zaurla günaydın” proqramını sərt şəkildə tənqid edib.
Alman deputat: "Almaniya Qarabağ münaqişəsinin həlli üçün Aİ-nin digər üzvləri ilə fəal işləyəcək"
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniya Bundestaqının deputatı Nikolas Löbeli qəbul edib Nazirlikdən "Report"a verilən məlumata görə, X.Xələfov ölkələr arasında yüksək səviyyəli siyasi dialoqdan məmnunluğunu ifadə edərək bunun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini qeyd edib.
Əli Həsənov indoneziyalı jurnalistlərlə görüşdü
Bu gün Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə Azərbaycana gəlmiş indoneziyalı jurnalistlərlə görüşüb.
Ermənistanda yüksək vəzifəli məmur istefaya göndərildi
Novruz Məmmədov Daisaku Hirakini qəbul etdi
Azərbaycanın Baş naziri Novruz Məmmədov Bakı Ekspo Mərkəzində keçirilən XXV yubiley Beynəlxalq Neft və Qaz sərgisində, həmçinin Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Daisaku Hirakini qəbul edib. Nazirlər Kabinetindən verilən məlumata görə, görüş zamanı son illər Azərbaycanla Yaponiya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin əhəmiyyətli dərəcədə inkişaf etdiyi vurğulanıb.
Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bayram konserti
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin birgə təşkilatçılığı ilə Fəvvarələr meydanında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş konsert təşkil edilib.
İordaniya Kralı Prezident İlham Əliyevi təbrik etdi
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:
Suriyada kimyəvi silahın tətbiqi üzrə səhnə əməliyyatları hazırlanır – ŞOK İDDİA
ABŞ gücləri Suriyada kimyəvi silahdan istifadə ilə səhnə əməliyyatlarının təşkilinə nəzarət etməyə davam edir. Bu haqda kimyəvi silahın ləğvi üzrə Milli Komitədəki mənbəyə istinadən SANA agentliyi bildirib.
Gənc Tamaşaçılar Teatrının fəaliyyəti beynəlxalq mətbuatda
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Makedoniyanın Bitola şəhərində keçirilən “XX Beynəlxalq Monodram” festivalında iştirak edib. Olaylar.az bildirir ki, festivalda Patrik Züskindin əsəri əsasında hazırlanmış “Kontrabas” tamaşası nümayiş olunub. Tamaşada Əməkdar artist Şövqi Hüseynov çıxış edib. İfası ilə teatr mütəxəssislərinin və tamaşaçıların rəğbətini qazanan Gənc Tamaşaçılar Teatrının aktyoru Əməkdar artist Şövqi Hüseynov “Kontrabas” mono-tamaşasındakı roluna görə QRAN-PRİ mükafatına layiq görülüb.
Ərdoğanı "diktator" adlandıranlara Çavuşoğludan SƏRT CAVAB
Ərdoğanı “diktator” kimi təqdim edən Fransanın “Le Point” jurnalına dəstək olduğunu bildirən prezident Makrona Türkiyə Xarici işlər Naziri Mövlud Çavuşoğludan sərt cavab gəlib. Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu “Twitter” hesabından Fransa prezidenti Emmanuel Makronun mesajına türk və fransız dillərində bu şəkildə cavab verib:
“Nuri-didə Ceyhun”nun uğurlu premyerası
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün möhtəşəm premyerası təqdim olunub. Olaylar.az bildirir ki, ideya müəllifi Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev və quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə olan tamaşa yazıçı-dramaturq Əli Əmirlinin “Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanıb.
Cümhuriyyət dövrünün Almaniyadakı tələbələri
Milli Azərbaycan Tarixi Muzeyində “Şahsuvarovlar nəslindən üç varis” adlı tədbir təşkil olunub. Olaylar.az bildirir ki, tədbirin təşkilatçısı və aparıcısı Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-küləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərovadır.
Azərbaycanda boşananların sayı açıqlandı
Azərbaycanda son 5 il ərzində nikaha daxil olanların sayı azalıb, boşananların sayı artıb. 2017-ci ildə Azərbaycanda 62 923 nəfər nikaha daxil olub ki, bu da son 5 ilin ən aşağı göstəricisidir. 2013-cü ildə Azərbaycanda 86 852, 2014-cü ildə 84 912, 2015-ci ildə 68 773, 2016-cı ildə isə 66 771 nəfər nikah bağlayıb.














