Cümhuriyyət dövrünün Almaniyadakı tələbələri
Milli Azərbaycan Tarixi Muzeyində “Şahsuvarovlar nəslindən üç varis” adlı tədbir təşkil olunub. Olaylar.az bildirir ki, tədbirin təşkilatçısı və aparıcısı Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-küləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərovadır.
29 May 2018 21:08 MədəniyyətMilli Azərbaycan Tarixi Muzeyində "Şahsuvarovlar nəslindən üç varis" adlı tədbir təşkil olunub. Olaylar.az bildirir ki, tədbirin təşkilatçısı və aparıcısı Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-küləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərovadır.
Tədbirdə Cümhuriyyət dövrünün Almaniyadakı tələbələri - Mürsəl bəy, Surxay bəy və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xalq Maarif naziri olmuş Nurməmməd bəy Şahsuvarovların varisləri, qohumları, Laçın rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Aynurə Məmmədova, Laçın rayon MKS-nin baş metodisti Fazil Qəhrəmanov, Laçın rayon 1 saylı məktəbin direktoru Vəfa Məmmədli, Muzey əməkdaşları iştirak ediblər.
Tədbiri açıq elan edən elmi işçi S.Ələkbərova iştirakçıları salamladı, tədbir haqqında qısa məlumat verdi.
Daha sonra Şahsuvarovlar nəslinin tədqiqatçısı, tarixci və tədqiqatçı jurnalist Vəsilə Şahsuvarlı, t.ü.f.d. Ələmdar Şahverdiyev, Mürsəl bəyin böyük qızı, tibb.e.d. Vera Şahsuvarlı, Şahsuvarovlar nəslindən, tibb.ü.f.d. Oruc Şahsuvarov, "Pillələr" qəzetinin baş redaktoru Şöhrət Abbasov, aktyor Rauf Şahsuvarlı çıxış etdilər. Mövzu ilə bağlı elektron slayd və sənədlər nümayiş olundu. Çıxışçılar Şahsuvarovlar nəslinin tarixi, AXC dövrü və tələbələri, Sovet dövründə uğradıqları repressiyalar haqqında geniş məlumat verdilər. Nəslin tarixinin araşdırılmasına töhfə verdiklərinə görə Muzey rəhbərliyinə təşəkkür edildi.