Gənc Tamaşaçılar Teatrının fəaliyyəti beynəlxalq mətbuatda

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi  Makedoniyanın Bitola şəhərində keçirilən “XX Beynəlxalq Monodram” festivalında iştirak edib. Olaylar.az bildirir ki, festivalda Patrik Züskindin əsəri əsasında hazırlanmış “Kontrabas” tamaşası nümayiş olunub. Tamaşada Əməkdar artist Şövqi Hüseynov çıxış edib. İfası ilə teatr mütəxəssislərinin və tamaşaçıların rəğbətini qazanan Gənc Tamaşaçılar Teatrının aktyoru Əməkdar artist Şövqi Hüseynov “Kontrabas” mono-tamaşasındakı roluna görə QRAN-PRİ mükafatına layiq görülüb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi  Makedoniyanın Bitola şəhərində keçirilən "XX Beynəlxalq Monodram" festivalında iştirak edib. Olaylar.az bildirir ki, festivalda Patrik Züskindin əsəri əsasında hazırlanmış "Kontrabas" tamaşası nümayiş olunub. Tamaşada Əməkdar artist Şövqi Hüseynov çıxış edib. İfası ilə teatr mütəxəssislərinin və tamaşaçıların rəğbətini qazanan Gənc Tamaşaçılar Teatrının aktyoru Əməkdar artist Şövqi Hüseynov "Kontrabas" mono-tamaşasındakı roluna görə QRAN-PRİ mükafatına layiq görülüb.

Makedoniya mətbuatında Şövqi Hüseynovun aktyor oyunu, tamaşa haqqında çoxsaylı yazılar yer alıb. Belə məqalələrdən biri də aktyorla geniş müsahibənin yer aldığı Makedoniyanın "Naşe teatarçe.mk" (Наше Театарчe) qəzetində dərc olunan müsahibədir. Aktyor müsahibədə yaradıcılığı, sənət yolu, Azərbaycan teatrı haqqında sualları məlumatlandırır, Azərbaycan teatr haqqında geniş məlumatı diqqətə çatdırır. Əməkdar artist həmçinin dünyada baş verən teatr prosesləri, aktyor, rejissor məktəbi haqqında fikirlərini bölüşür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31