Gündəm

Keçmiş məhkumdan narkotik vasitə götürülüb

5 İyun 2018 15:34

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Ermənistan Kassasiya Məhkəməsinin sədri istefa verib

5 İyun 2018 15:26

Ermənistan Kassasiya Məhkəməsinin sədri Arman Mkrtumyan iyunun 5-də istefa verib.

Aydın Quliyev: “15 iyun dünyada çox az sayda oxşarı olan tarixdir”

5 İyun 2018 15:24

“15 iyun ümumölkə miqyaslı proseslərə həlledici təsir göstərə bilən şəxsiyyət faktorunu simvollaşdırmaq baxımından dünyada çox az sayda oxşarı olan tarixdir”. Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Gümrüdəki rus bazası ABŞ-ın hədəfində - Səfirin səfərinin pərdəarxası

5 İyun 2018 15:22

Ermənistanın Gümrü şəhərində “Amerika həftəsi” elan edilib. Ermənistanın Mədəniyyət Nazirliyinin verdiyi açıqlamada proqram çərçivəsində bir həftə ərzində şəhərdə Amerika filmlərinin nümayiş olunacağı bildirilir.

Nazir müavini: "İKT sahəsində Avropanın qabaqcıl həlləri tətbiq edilir"

5 İyun 2018 15:19

İnformasiya və telekommunikasiya inkişafı üzrə strateji yol xəritəsi uyğun olaraq, ölkədə İKT üzrə müstəqil tənzimləyici qurumun yaradılması nəzərdə tutulur və bu sahədə işlər görülür.

Niyazi Səfərov:"Yaxın illərdə Azərbaycan özünü tikinti sənayesi məhsulları ilə tam təmin edəcək"

5 İyun 2018 15:17

"Həm tikinti, həm də maşınqayırma sahəsi bir sıra sosial problemlərin həllinə yönəlmiş sahələrdir. Yaxın illərdə Azərbaycan özünü tikinti sənayesi məhsulları ilə tam təmin edəcək".

Deputat kəndlərə verilən bəzi adlara etiraz edib

5 İyun 2018 15:15

Azərbaycan Milli Məclisinin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın 15 rayonunun kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutan layihənin müzakirəsi zamanı deputat Tahir Rzayev bir sıra adlara iradını bildirib.

Prezident İlham Əliyev Naftalana səfərə gedib

5 İyun 2018 15:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Naftalan şəhərinə səfərə gedib.

İnam Kərimov:"Kənd təsərrüfatı məhsullarının ixracı əsas prioritetlərdən biridir"

5 İyun 2018 15:11

"Azərbaycanda dövlət siyasətinin əsas məqsədlərdən biri kənd təsərrüfatının inkişafıdır". Bunu Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində keçirilən "Kənd təsərrüfatı və qida" panelində Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

“Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi

5 İyun 2018 15:09

Quba vikipediyaçılara ev sahibliyi etdi “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Quba rayonunda Azərbaycandilli Vikipediya könüllülərinin “Bahar düşərgəsi” keçirilib.

ABŞ-dan İrəvana mesaj: "Rusiyanı qovun, 8 milyard verək"

5 İyun 2018 15:08

"Keçən illə müqayisədə Ermənistanın enerji sektoruna ABŞ-ın investisiya yatırma imkanları artıb". Bunu İrəvanda jurnalistlərə açıqlamasında ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz deyib.

Orqan köçürməsi ilə bağlı sənəd geri qaytarıldı

5 İyun 2018 15:04

Milli Məclisinin Səhiyyə komitəsinin iyunun 5-də keçirilən iclasında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

Diş minasını bərpa etməyin yeni üsulunu kəşf edildi

5 İyun 2018 15:02

Böyük Britaniyanın Kraliça Mariya Universitetinin alimləri tərəfindən diş minasını bərpa etməyə qadir xüsusi material hazırlanıb.

Komitə sədri: “Orqan transplantasiyasındakı problemlərin səbəbini araşdırırıq”

5 İyun 2018 15:00

“Orqan və toxumaların transplantasiyası çox geniş yayılıb. Dünyada ildə təxminən, 300 min orqan və toxumanın transplantasiyası həyata keçirilir. Azərbaycanda orqan transplantasiyasının yüksək səviyyədə olmaması ilə bağlı müraciətlər daxil olur. İnsanlar bu sahədəki problemlərdən narahatlıqlarını bildirirlər”.

Azərbaycanda 1400-ə yaxın şəxsin böyrək və qaraciyər köçürülməsinə ehtiyacı var

5 İyun 2018 14:59

"Azərbaycanda orqan transplantasiyası ilə bağlı xeyli sayda müraciətlər var".