İnam Kərimov:"Kənd təsərrüfatı məhsullarının ixracı əsas prioritetlərdən biridir"
"Azərbaycanda dövlət siyasətinin əsas məqsədlərdən biri kənd təsərrüfatının inkişafıdır". Bunu Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində keçirilən "Kənd təsərrüfatı və qida" panelində Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.
5 İyun 2018 15:11 İqtisadiyyat"Azərbaycanda dövlət siyasətinin əsas məqsədlərdən biri kənd təsərrüfatının inkişafıdır".
Bunu Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində keçirilən "Kənd təsərrüfatı və qida" panelində Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.
O, kənd təsərrüfatı sahəsində layiqli idarəçilyin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib :
"Bundan başqa,kənd təsərrüfatı həmçinin möhkəm təhsil sisteminə əsaslanmalıdır. Kənd təsərrüfatı məhsullarının ticarəti məsələsinə gəldikdə aqrar sahədə ticarətə rəvac verməliyik.Ötən il kənd təsərrüfatı məhsullarının ÜDM -də payı 6 faizə yaxın olub. Kənd təsərrüfatı məhsullarının ixracı əsas prioritetlərdən biridir".
"Report"