Aydın Quliyev: “15 iyun dünyada çox az sayda oxşarı olan tarixdir”
“15 iyun ümumölkə miqyaslı proseslərə həlledici təsir göstərə bilən şəxsiyyət faktorunu simvollaşdırmaq baxımından dünyada çox az sayda oxşarı olan tarixdir”. Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
5 İyun 2018 15:24 Siyasət"15 iyun ümumölkə miqyaslı proseslərə həlledici təsir göstərə bilən şəxsiyyət faktorunu simvollaşdırmaq baxımından dünyada çox az sayda oxşarı olan tarixdir".
Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, iyunun 4-dən 15-dək olan 11 günlük dövrün əslində hər günü haqqında bu sözləri demək olar: "Bu kiçik dövrə qədər Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti, gücü, təsir imkanları, üstünlükləri və edə biləcəkləri barədə qızğın müzakirələr gedirdi: "İyunun 3-dən Heydər Əliyev siyasi prosesləri sürətlə dəyişməyə başladığı kimi onun özü ətrafında ictimai-siyasi müzakirələrin də məzmunu sürətlə dəyişməyə başladı. Müzakirələr dayandı və Heydər Əliyevin siyasi proseslərdə yalnız xarizmasının gücü hesabına tək dominant qüvvə kimi qərarlaşma dövrü başladı. İyunun 15-də isə Ulu Öndər Heydər Əliyev haqqında ictimai siyasi müzakirələr gedən bir şəxsiyyətdən cəmiyyətin taleyini birmənalı yönləndirən şəriksiz siyasi liderə çevrildi.
Heydər Əliyevin siyasi olimpə yüksəlmək və müstəqil dövlətçiliyi qurmaq istiqamətində "nümunələr yaratmaq" fəaliyyətinin əsası qoyuldu. Şəxsi reytinqini itirmədən xalqın etimadını dinamik artım prosesinə çevirmək, komandasız, nizami ordularsız, maliyyə-iqtisadi resurslarsız, iqtidarda möhkəmlətmək, xarici təcavüz şəraitində, həm də dərin hərtərəfli böhran keçirən ölkəni vəziyyətdən çıxarmağın "ana düsturunu" dəqiq təyin etmək, cəmiyyətin ən çox gözlədiyi bir-iki mesajı dəqiqləşdirmək, həmin an üçün xarici siyasətin ilk addımlarını səhv etmədən müəyyənləşdirmək Heydər Əliyevin yaratdığı orijinal siyasi nümunələrdəndir. Heydər Əliyev dövlətin sadəcə elan olunmuş deklorativ müstəqilliyini institutlaşdırdı. Bu çox çətin və mürəkkəb vəzifə idi. Azərbaycan dövləti məhz bu nümunələrin üstündə quruldu".
SİA