Gündəm
Dövlət bayrağımız necə asılmalıdır? – ARAŞDIRMA
Dövlət bayrağının binaların divarlarına dirəksiz şaquli vəziyyətdə asılması və ya xüsusi tutqaclara üzü aşağı bərkidilməsi qaydası anlaşılmazlığa və mübahisələrə yol açıb. Belə ki, bəzi yerlərdə dövlət bayrağı dirəksiz şaquli vəziyyətdə asılarkən və ya xüsusi tutqaclara üzü aşağı bərkidilərkən bayrağın mavi zolağı solda, bəzi hallarda isə sağda qalır.
Özəl klinikalarda körpələrə tibbi yardımla bağlı problemlər var
“Özəl klnikaların demək olar ki, hamısında yeni doğulan körpələrə ilkin tibbi yardım xidmətləri göstərilir. Ancaq təəssüf ki, özəl klinikaların hamısında ağır vəziyyətdə doğulan körpələrə ilkin tibbi yardımdan sonra tələb olunan yüksək səviyyəli tibbi tədbirlərin göstərilməsi üçün müvafiq şərait yoxdur”. Bunu Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib.
Amerika şirkətləri İranda bizneslərini bağlamağa hazırlaşırlar
Onlarla Amerika şirkəti Vaşinqtonun Tehrana qarşı sanksiyaları fonunda İranda öz bizneslərini dayandırmağa hazırlaşır. Bu barədə çərşənbə axşamı "The Wall Street Journal" qəzetinin elektron versiyası yazıb. Onun məlumatına görə, azı 17 ABŞ şirkəti Tehranla atom sazişi bağlandıqdan sonra öz xarici filialları vasitəsi ilə İranla biznes əlaqələri qurmuşdu.
Kənana bənzədildiyi üçün əsəbiləşdi: "Kim kimə oxşayır?"
"Deli gönül" serialının baş rol ifaçılarından olan aktyor Murat Ünalmış qatıldığı verilişlərdən birində jurnalistlərin suallrını cavablandırıb.
Həbsdən təzə çıxan kişidən DƏHŞƏTLİ ƏMƏL: arvadını və uşaqlarını...
Bakının Nərimanov rayonunda bir ailənin üç üzvü döyülüb. Əliyar Əliyev küçəsi, 7 ünvanında yaşayan Xanlar Qurbanov evə gələrək ailə üzvləri ilə mübahisə edib. O, əvvəlcə 1997-ci il təvəllüdlü oğlu Sirac Qurbanovu döyərək ona xəsarətlər yetirib. Bununla hirsi soyumayan X.Qurbanov 1969-cu il təvəllüdlü həyat yoldaşı Qurbanova Reyhan Çingiz qızını da döyüb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş sərgi
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, repressiya qurbanı Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibəti ilə sərgi açılıb. Sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mikayıl Müşfiqin110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təşkil edilib.
ABŞ Helsinki Komissiyasının sədri senatoru Azərbaycanı təbrik etdi
ABŞ Senatının Missisipi ştatını təmsil edən respublikaçı üzvü, ABŞ Helsinki Komissiyasının sədri senator Rocer Uiker Azərbaycanın milli bayramı – 28 May Respublika gününün 100-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib. Olaylar.az bildirir ki, bəyanatda ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu, 1920-ci ildə bolşeviklərin ölkəyə müdaxiləsilə ölkənin Sovet İttifaqının tərkibinə qatıldığı, lakin Sovet İttifaqının çökməsi ilə Azərbaycanın yenidən 1991-ci ildə müstəqilliyini bərpa etdiyi və ABŞ-ın yenidən Azərbaycanın müstəqilliyini tanıyaraq 1992-ci ildə diplomatik əlaqələr qurduğu vurğulanıb.
Qazaxıstan Milli Muzeynin əsərləri Azərbaycanda
Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının Milli Muzeyi ilə birgə “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisi keçirilir.
Azərbaycandakı zəlzələ 3 qonşu ölkədə hiss olundu
Rusiya Federasiyasının Dağıstan respublikasının sakinləri Azərbaycanda ötən gecə baş verən zəlzələni hiss ediblər. Bbu barədə Dağıstan FHN-in nümayəndəsi bildirib.
Muraddan Aslıya mesaj: "Bir ömür gözləməyə hazıram"
Müğənni Murad Boz İnstaqramın hekayə bölməsində maraqlı paylaşım edib. O, Soner Sarıkabadayın mahnısını oxuyub. Muradın mahnı seçimi izləyicilərin böyük marağına səbəb olub.
Rahidə İlhaməni ələ saldı - Video
Müğənni Rahidə Baxışova "Maşın" şounu tərk edən aparıcı İlhamə Bədəlova haqda Baku.TV-yə danışıb. Müğənni sevincini belə dilə gətirib:
“Mizan” Tələbə Dram Dərnəyi Cocuq Mərcanlıda
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində Fondun dəstəyi ilə fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyinin üzvləri Cocuq Mərcanlı sakinlərinin qonağı olublar. Olaylar.az bildirir ki, nümayəndə heyəti əvvəlcə Horadiz şəhərində aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, gənclərə aprel döyüşlərinin gedişatı, Azərbaycan Ordusunun möhtəşəm qələbəsi, Lələtəpə yüksəkliyinin strateji əhəmiyyəti haqqında ətraflı məlumat verilib.
Aleksandr Ata Tarix muzeyində
Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Olaylar.az bildirir ki, Aleksandr Atanı muzeyin direktoru, akademik Nailə Vəlixanlı qarşılayıb. Qonaqlara muzeydə yeni açılan Qazaxıstanın “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisində və muzeyin ekspozisiya zallarında ekskursiya aparılıb.
Elçin Şirinov və Andras Des Trio konserti - Muğam Mərkəzində
“Baku Summer Jazz Days” çərçivəsində Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu Elçin Şirinov və Macarıstanın “Andras Des Trio” qrupu konsert proqramı ilə çıxış edib. Olaylar.az bildirir ki, konsertdə müəllif kompozisiyaları və populyar caz-hitlər səsləndirilib.
Qədr gecəsinin ən mühüm 4 XÜSUSİYYƏTİ
Qədr gecəsini bizlərə Quran və Məsumlarımız (ə) tanıtmışdır. Bu, elə bir fəzilətli gecədir ki, Allah hər bir bəndəsinin duasını eşidər və istəklərini yerinə yetirər. Bu, elə bir mübarək gecədir ki, mələklər göydən yerə enər və insanları öz rəhmətləri ilə əhatə edərlər. Bu, elə gecədir ki, insanın birillik taleyi həll olar və ruzisi bölünər. Bu mübarək gecənin dörd mühüm xüsusiyyəti vardır ki, başqa fəzilətli gecələrdən fərqlənir. Onlara nəzər salaq.














