Azərbaycandakı zəlzələ 3 qonşu ölkədə hiss olundu
Rusiya Federasiyasının Dağıstan respublikasının sakinləri Azərbaycanda ötən gecə baş verən zəlzələni hiss ediblər. Bbu barədə Dağıstan FHN-in nümayəndəsi bildirib.
6 İyun 2018 09:11 DünyaRusiya Federasiyasının Dağıstan respublikasının sakinləri Azərbaycanda ötən gecə baş verən zəlzələni hiss ediblər.
Bbu barədə Dağıstan FHN-in nümayəndəsi bildirib.
"Saat 21:50-də (Bakı vaxtı ilə 22:50) episentrinin Azərbaycanda yerləşdiyi zəlzələ barədə məlumat daxil olub. Dağıstan ərazisində zəlzələ 3-4 bal gücündə hiss olunub", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, Azərbaycanın Zaqatala rayonunda 6 bal gücündə baş verən zəlzələ Gürcüstan və Ermənistan ərazilərində də hiss olunub.
APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31