Gündəm
Roma Papası abortları bu kəslərin əməlləriylə eyniləşdirdi
Roma Papası Fransisk abortu pisləyib. Bu barədə “Chicago Tribune” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Papa abortları nasist Almaniyası dövründə həyata keçirilən cinayətlərlə eyniləşdirib.
Türkiyə Antarktikada elmi baza yaradacaq
Türkiyə 2019-cu ildə Antarktikada elmi baza yaratmaq niyyətindədir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.
Kosta-Rika 0 - 1 Serbiya (YENİLƏNİR)
usiyada keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsi davam edir. Növbəti oyun "E" qrupu çərçivəsindəbaş tutub, Kosta-Rika və Serbiya komandaları qarşılaşıb. Oyun Samara şəhərində, "Samara Arena" stadionunda keçirilib. Oyun serblərin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun yeganə qolunu 57-ci dəqiqədə cərimə zərbəsindən Serbiya millisinin kapitanı, müdafiəçi Aleksandr Kolarov vurub.
Rusiya və Səudiyyə Ərəbistanından OPEC QƏRARI
Rusiya və Səudiyyə ƏrəbistanıOPEC+ işbirliyi müqaviləsini müddətsiz uzatmaq qərarı verib. Bununla bağlı Rusiyanın enerji naziri Aleksadr Novak açıqlama verib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd İbn Salman neft istehsalını nəzarət altında saxlamaq üçün Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və OPEC üzvü olmayan ölkələrin işbirliyi anlaşmasını müddətsiz olaraq uzatmaq qərarı verib.
Bu əraziyə girən və foto çəkdirənlərə AĞIR CƏZA
Havay adalarında Kilauea Yanardağından püskürən vulkanı izləmək istəyən və fotosunu çəkmək üçün qadağan edilmiş bölgələrə girən onlarla insan saxlanılıb. Lavaların okeana çatdığı adada polis barrikadaları qurulub. Təhlükəli vəziyyətə baxmayaraq, əraziyə qanunsuz olaraq girmək istəyənlər var.
Almaniya və Braziliya mübarizəyə başlayır - YENİLƏNİR
Bu gün Rusiyada keçiriləcək DÇ-2018-də növbəti oyunlar keçiriləcək. Yarışın 4-cü günündə 3 qarşılaşma baş tutacaq. E qrupunda Serbiya və Kosta-Rika milliləri mundialda ilk görüşlərinə çıxacaq.
Bir gündə 95 cinayət - 32 nəfər saxlanıldı
Ötən gün ərzində respublikada 95 cinayət faktı qeydə alınıb. DİN-dən verilən məlumata əsasən, faktların 20-si “isti izlər”lə açılıb. Qeyd olunur ki, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Sevgili olduqlarını artıq gizlətmirlər
“Fazilet hanım ve kızları” serialının çəkiliş meydançasında rejissor köməkçisi Eray Altay ilə eşq yaşayan Afra Saraçoğlu sevgisini artıq gizlətmir. Bayramı Altay ilə Bodrumda geçirən aktrisa birlikdə çəkdirdikləri şəkli izləyiciləri ilə bölüşüb.
"Mehmetcik"dən BÖYÜK UĞUR: 48 strateji hədəf MƏHV EDİLDİ - Qəndilə 39 km qaldı
Türkiyə Silahlı Qüvvələrinin mart ayından başladığı Qəndil əməliyyatları ilə bağlı sonuncu hücumda əhəmiyyətli dərəcədə irəliləyiş əldə edilib. Bölgədəki 48 strateji hədəf tamamilə məhv edilib, 56 yeni hədəf isə atəş altındadır. Hava hücumlarına Türkiyə Silahlı Qüvvələri 11 fərqli nöqtədən artilleriya atəşi ilə dəstək olur. Qəndil sərhədinə 10 kilometr uzaqlıqda olan terror təşkilatının keçid məntəqələri yerləşən Bərmizə kəndi görünür.
Pərvin sinəsinə döymə etdirdi - Fotolar
Aktrisa Pərvin Abıyeva bu dəfə etdirdiyi döymə ilə gündəmə gəlib. Aktrisa sinəsinə tatu çəkdirib. Pərvin fotolarını İnstaqram səhifəsində paylaşıb.
İŞİD PKK ilə əməkdaşlıq edir - Terroçular qaytarılır
Suriyada terrorçular öz aralarında əməkdaşlıq edir. Bu barədə Britaniyanın aparıcı qəzetlərindən biri olan "Telegraph" nəşri yazıb. Nəşr YPG\PKK terror təşkilatının İŞİD ilə əsirləri dəyişdirdiyini, eləcə də İŞİD qruplaşmasının üzvlərini terrorçuların nəzarətində olan ərazilərə geri göndərdiyini yazıb. "YPG\PKK terror qruplaşmaları Rakka və Deyr-əz-Zor əməliyyatları zamanı ələ keçirdikləri İŞİD terrorçularını geri vermək, ailələrini nəzarətdə olan ərazilərə geri qaytarmaq üçün təşkilatla müzakirələrə başlayıb"-deyə, məqalədə qeyd edilib.
Paşinyan Azərbaycanda yeni açılan erməni kilsəsinə baş çəkib - FOTO
Ermənistan prezidenti Armen Sarkisyanın ardınca təcavüzkar ölkənin baş naziri Nikol Paşinyan da işğal altındakı Azərbaycan torpaqlarında kilsəyə baş çəkib. Bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.
Fransa Yəməndə hərbi əməliyyatlara başladı
Fransa və BƏƏ-nin xüsusi təyinatlı dəstələri Yəməndə hərbi əməliyyatlar keçirir. Hərbi əməliyyatlar Yəmənin Xodeyda şəhərində keçiriləcək. Bu barədə Fransanın Müdafiə Nazirliyi tərəfindən heç bir məlumat yayımlanmasa da, dəstələrin artıq Yəməndə olduğuna dair informasiya verilib.
İtkin düşmüş 51 uşaq tapıldı
ABŞ-ın Miçiqan ştatının Gennesi dairəsinin polisi son aylarda itkin düşmüş 51 uşağı tapıb. Uşaqlar insan alverində şübhəli bilinən şəxslərin evinin yoxlanılması zamanı tapılıb. Oğurlanan uşaqlarin bir qismi övladlığa götürülənlər, bir qismi məktəbdən qayıdarkən itkin düşənlərdir.
İmişlidə çayda boğulan şəxsin meyiti tapıldı
İmişli rayonunda çayda boğulan şəxsin meyiti tapılıb.














