Kosta-Rika 0 - 1 Serbiya (YENİLƏNİR)

usiyada keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsi davam edir. Növbəti oyun "E" qrupu çərçivəsindəbaş tutub, Kosta-Rika və Serbiya komandaları qarşılaşıb. Oyun Samara şəhərində, "Samara Arena" stadionunda keçirilib. Oyun serblərin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun yeganə qolunu 57-ci dəqiqədə cərimə zərbəsindən Serbiya millisinin kapitanı, müdafiəçi Aleksandr Kolarov vurub.

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsi davam edir.

Növbəti oyun "E" qrupu çərçivəsindəbaş tutub, Kosta-Rika və Serbiya komandaları qarşılaşıb. Oyun Samara şəhərində, "Samara Arena" stadionunda keçirilib.

Oyun serblərin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun yeganə qolunu 57-ci dəqiqədə cərimə zərbəsindən Serbiya millisinin kapitanı, müdafiəçi Aleksandr Kolarov vurub.

Qrup çərçivəsində növbəti oyun Bakı vaxtı ilə 19:00-da keçiriləcək. Rostov-Na-Don şəhərinin "Rostov Arena" meydanında Braziliya və İsveçrə komandaları görüşəcək.

***

Bu gün Rusiyada keçiriləcək DÇ-2018-də növbəti oyunlar keçiriləcək.

Yarışın 4-cü günündə 3 qarşılaşma baş tutacaq.

E qrupunda Serbiya və Kosta-Rika milliləri mundialda ilk görüşlərinə çıxacaq.

Ardınca F qrupunda mübarizəyə start veriləcək. Son dünya çempionu Almaniya titulunu qorumaq üçün ilk addımını atacaq. Bundestim Meksikanı sınağa çəkəcək.

E qrupunun ikinci oyunu ilə günə yekun vurulacaq. Braziliya İsveçrəni sınağa çəkəcək.

DÇ-2018. 1-ci tur

17 iyun

E qrupu

16:00. Kosta-Rika - Serbiya

Hakim: Malanq Diedhiou (Seneqal)

Samara. "Samara Arena"

F qrupu

19:00. Almaniya - Meksika

Hakim: Alireza Faqani (İran)

Moskva. "Lujniki" stadionu

E qrupu

22:00. Braziliya - İsveçrə

Hakim: Seszar Arturo Ramos (Meksika)

Rostov. "Rostov Arena"

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31