Roma Papası abortları bu kəslərin əməlləriylə eyniləşdirdi
Roma Papası Fransisk abortu pisləyib. Bu barədə “Chicago Tribune” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Papa abortları nasist Almaniyası dövründə həyata keçirilən cinayətlərlə eyniləşdirib.
17 İyun 2018 19:33 DünyaRoma Papası Fransisk abortu pisləyib. Bu barədə "Chicago Tribune" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, Papa abortları nasist Almaniyası dövründə həyata keçirilən cinayətlərlə eyniləşdirib.
"Ötən əsrdə nasistlərin irqi təmizlik üçün etdikləri bütün dünyanı sarsıtdı. Bu gün biz də həmin şeyi edirik, lakin ağ əlcəklərlə", - deyə Fransisk İtaliyada keçirilən ailə forumunda bildirib.
Katolik kilsəsinin başçısı doğuşdan əvvəlki testlər əleyhinə çıxdığını bildirib. Papa uşaqları Allahın verdiyi bəxşiş kimi qəbul etməyə çağırıb. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31