Gündəm

Kürdə batan yeniyetmənin meyiti 4 gündən sonra tapıldı

22 İyun 2018 14:54

İyunun 18-də Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun axtarışları başa çatıb.

Yerli məşhurların efirə getməyən görüntüləri yayıldı - VİDEO

22 İyun 2018 14:40

Yerli məşhurların efir üçün çəkilib, ancaq yayımlanmayan görüntüləri yayılıb.  Yeddi il öncəyə aid olan videoda müğənnilər Nura Suri, Nadir Qafarzadə, Elariz Məmmədoğlu, Günel Ələkbərova, prodüser Tarix Əliyev (Tolik), aparıcı Elçin Əlibəyli, rəqqasə Fatimə Fətəliyeva, aktyor Elməddin Cəfərov və başqaları yer alır.

Qayınanasını həbs etdirdi

22 İyun 2018 14:36

Türkiyəli model Sinem Sülün qayınanası Hikmet Birseni məhkəməyə verib. Buna səbəb Hikmetin Sinem və həyat yoldaşının otağına dinləmə cihazı yerləşdirməsidir. 

“İsraili buna məcbur edin!” - İrandan ABŞ-a 15 ŞƏRT

22 İyun 2018 14:35

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif yerli qəzetlərdən birində dərc etdirdiyi məqaləsində Tehran və Vaşinqton arasında əlaqələrin düzəldilməsi üçün 15 şərt irəli sürüb. Bu şərtlərdən biri ABŞ-ın İsraili nüvə silahlarını məhv etməyə məcbur etməsidir. Məhəmməd Cavad Zərif qeyd edib ki, ABŞ İsraili bölgə, həmçinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid olan nüvə silahlarını məhv etməyə məcbur etməldir.

Messiyə anasından dəstək:  O, müqəddəs uşaqdır

22 İyun 2018 14:30

Rusiyada keçirilən futbol üzrə Dünya çempionatının ilk oyununda gözlənilən nəticəni verməyən və məğlub olan Lionel Messiyə anasından dəstək gəlib.  Messinin anası Celia Cuccittini Argentinada televiziya kanallarından birində qonaq olub.

Barda çalışan qadınları liftdə bıçaqlayan şəxs  HAKİM QARŞISINDA

22 İyun 2018 14:21

Bakıda liftdə barda çalışan iki qadına hücum etməkdə və onlara xəsarət yetirməkdə təqsirləndirilən Şəhriyar Əlizadənin barəsindəki  cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Ş.Əlizadə özünü təqsirli bilməyib. O, Elyanora Osmanova  ilə yaxın münasibətlərinin olduğunu etiraf edib. Ş.Əlizadə söyləyib ki, işdə zərərçəkmiş qadınlar Elyanoranın rəfiqələridir və hazırda da eyni barda işləyirlər.

Azərbaycanda qış yuxusundan ayılan ayılar kəndə hücum edib

22 İyun 2018 14:19

Şəkinin Baş Zəyzid kəndində qış yuxusundan ayılan ayılar təsərrüfatlara hücum edib. Bu günlərdə vəhşi heyvanlar həyətyanı sahələrə soxularaq inəkləri parçalamaq istəyib. Kənd sakini Əsgər Ramazanov deyib ki, mal-qarasını ayının hücumundn qorumaqda çətinlik çəkirlər:  “Mallar saat 4-5-də evə gəlir. Gördüm ki, inək bərildəyir. Səsindən bildim ki mənim inəyimdir. 20-30 adamla güclə əlindən aldıq. İnəyi sürüyə-sürüyə gətirdik, amma öldü. 8 aylıq boğaz inək idi”.

Ermənistanın daha bir deputatı həbs edildi

22 İyun 2018 14:08

Ermənistan Milli Təhlükəsizlik Xidməti deputat Arakel Movsisyanın yaşadığı evdə axtarış aparıb. O, keçmiş hakim Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının üzvüdür. Məlumata görə, axtarışdan sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları A.Movsisyanı da özləri ilə aparıblar.

Qadın aylar sonra sevgilisinin qız olduğunu öyrəndi – Fotolar

22 İyun 2018 14:04

Çin sakini olan 40 yaşlı xanım, Vonq Ki sevgilisi ilə yarım il eyni evdə yaşadıqdan sonra onun qadın olduğunu anlayıb.  Bu barədə məlumatı Mirror nəşri yayıb.

General Manvelin ermənilərə qarşı vəhşilikləri

22 İyun 2018 14:01

Ermənistan müdafiə nazirinin keçmiş müavini, Köçəryan-Sərkisyan rejiminin dayaqlarından biri, general Manvel Qriqoryan təkcə Qarabağda azərbaycanlılara qarşı misli görünməmiş vəhşilikləri və yırtıcı xisləti ilə ad çıxarmayıb. Onun həbsindən sonra üzə çıxır ki, general Manvel ermənilərin özlərini də eyni qəddarlıqla işgəncəyə məruz qoyub, var-yoxlarını soyub qarət edib, boynuna zəncir keçirərək it kimi bağlayıb, asıb öldürüb və əllərini arxaya bağlayaraq quyuya atıb.

Yüz manatlarla tərini silib, yerə atdı – VİDEO

22 İyun 2018 13:59

Azərbaycanda milli pulla tərini silən şəxsin videosu yayılıb. Sosial şəbəkələrdə yayılan videoda görünən şəxs əlində olan yüz manatlıq əskinaslarla tərini silir, daha sonra pulu əzərək zibil kimi maşının içinə atır.

Suriyalıları Həcc ziyarətinə buraxılmır

22 İyun 2018 13:54

Səudiyyə Ərəbistanı yeddinci ildir ki, Suriya vətəndaşlarını Həcc ziyarətinə buraxmır. Bu barədə Suriya Vəqflər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunur ki, Ər-Riyad suriyalı ziyarətçilər qarşısında reallaşdırılması mümkün olmayan şərtlər qoyur.

Afaq Aslan Damlanı YIXIB-SÜRÜDÜ: "Hicabını yerə atıb..." - VİDEO

22 İyun 2018 13:43

Afaq Aslanın müğənni Damlanı və onun köməkçisi Əfruzə Ağayeva haqqında sərt açıqlamalar verib.  A.Aslan öz feysbuk hesabında yerləşdirdiyi videomüraciətdə Damlanı hədələyib: "Elə etməyin ki, ortaya faktlar qoyum, Azərbaycanda "damcı" qədər hörmətiniz qalmasın. Mən sizin üçün nə Kamil Zeynallı nə Nazəninəm! Açıq-saçıq geyinə də bilərəm.