Messiyə anasından dəstək:  O, müqəddəs uşaqdır

Rusiyada keçirilən futbol üzrə Dünya çempionatının ilk oyununda gözlənilən nəticəni verməyən və məğlub olan Lionel Messiyə anasından dəstək gəlib.  Messinin anası Celia Cuccittini Argentinada televiziya kanallarından birində qonaq olub.

Rusiyada keçirilən futbol üzrə Dünya çempionatının ilk oyununda gözlənilən nəticəni verməyən və məğlub olan Lionel Messiyə anasından dəstək gəlib.

Messinin anası Celia Cuccittini Argentinada televiziya kanallarından birində qonaq olub.

Həmin verilişdə Messinin anası "bu kuboku Argentina üçün qazanmaq oğlumun arzusudur. O, Argentina yığmasını çox sevir və baş verənlərdən dolayı çox üzgündür. Bu kuboku ən çox qazanmaq istəyən odur, bunu bütün ailəsi olaraq bilirik. Messiyə qarşı aparılan müzakirələr ən çox bizi, ailəsini üzür. Onun komandasını nə qədər çox sevdiyini bilsəydiniz belə danışmazdınız" ifadələrini işlədib.

Daha sonra oğluyla fərx etdiyini deyən Celia Cuccittini sözlərinə bunları əlavə edib: "Getməzdən əvvəl ona bol şans dilədim və ən gözəl etdiyi şeyi edərək əylənməsini dilədim. 4 övladım var və hamısını çox sevirəm, amma o müqəddəs oğlandır. Mənim ən yaxşı oğlumdur. O, çox böyük bir insandır və böyük qəlbi var. Bu Dünya çempionatında əlindən gələni edəcəkdir".

A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31