Gündəm

Daha bir məktəbli özünü asdı

25 İyun 2018 15:12

Tovuzda intihar olub. Hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib.

"Avropanın parçalanmasının qarşısını ala bilmirik” – SOS

25 İyun 2018 15:11

“Miqrasiya böhranı Avropanı parçalayır”. Bu haqda Polşa prezidentinin dəftərxanasının müdiri Kşiştof Şerskiy bildirib. “Görünür ki, miqrasiya böhranı Avropanı parçalayır. Bu, həm dövlətlərin öz aralarında, həm də ayrı-ayrı dövlətlərin daxilində cəmiyyətlərdə baş verir. Biz Avropa İttifaqının daxilində miqrasiya böhranını aradan qaldıra bilmirik. Böhranın aradan qaldırılması üsullarını onun doğulduğu yerdə axtarmaq lazımdır”, - o qeyd edib.

Hərbi qulluqçulara ali hərbi rütbələr verildi -SİYAHI

25 İyun 2018 15:09

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib. “general-leytenant” hərbi rütbəsi

AŞPA-nın yeni prezidenti seçildi

25 İyun 2018 15:00

Lilyan Mori Paskye (Lilian Maury-Pasaquier) AŞPA-nın yay sessiyası müddətində prezident seçilib. O, yay sessiyası müddətində AŞPA-nın müvəqqəti prezidenti olacaq.

16 milyon dollarlıq görüş

25 İyun 2018 13:17

ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasında keçirilən sammitə xərclənən vəsait açıqlanıb.

Azərbaycan-Türkiyə qardaşlığı daha da inkişaf edəcək

25 İyun 2018 13:11

Ərdoğanın yenidən prezident seçilməsi qarşıdakı problemlərin birgə dəf olunmasında müstəsna rol oynayacaq

Azərbaycan Ordusu - qürur mənbəyimiz

25 İyun 2018 13:09

Hərbi parad vətənpərvərlik hissinin artırılmasında əvəzsiz vasitədir Dünyanın ən güclü orduları sırasında özünə yer alan Azərbaycan Silahlı Qüvvələrinin paradı qürur mənbəyi olmaqla yanaşı, hər bir vətəndaş üçün sevinc doğuracaq hadisədir.

2019-cu və növbəti üç ilin sosial-iqtisadi inkişaf proqnozları ilə bağlı müzakirələr aparılıb

25 İyun 2018 13:02

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 2 iyul tarixli Qanununa və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2002-ci il tarixli Fərmanına əsasən, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərini hər il hazırlayaraq Nazirlər Kabinetinə təqdim etməlidir.