"Avropanın parçalanmasının qarşısını ala bilmirik” – SOS
“Miqrasiya böhranı Avropanı parçalayır”. Bu haqda Polşa prezidentinin dəftərxanasının müdiri Kşiştof Şerskiy bildirib. “Görünür ki, miqrasiya böhranı Avropanı parçalayır. Bu, həm dövlətlərin öz aralarında, həm də ayrı-ayrı dövlətlərin daxilində cəmiyyətlərdə baş verir. Biz Avropa İttifaqının daxilində miqrasiya böhranını aradan qaldıra bilmirik. Böhranın aradan qaldırılması üsullarını onun doğulduğu yerdə axtarmaq lazımdır”, - o qeyd edib.
25 İyun 2018 15:11 Dünya"Miqrasiya böhranı Avropanı parçalayır".
Bu haqda Polşa prezidentinin dəftərxanasının müdiri Kşiştof Şerskiy bildirib.
"Görünür ki, miqrasiya böhranı Avropanı parçalayır. Bu, həm dövlətlərin öz aralarında, həm də ayrı-ayrı dövlətlərin daxilində cəmiyyətlərdə baş verir. Biz Avropa İttifaqının daxilində miqrasiya böhranını aradan qaldıra bilmirik. Böhranın aradan qaldırılması üsullarını onun doğulduğu yerdə axtarmaq lazımdır", - o qeyd edib.
Qeyd edək ki, iyunun 24-də Brüsseldə Avropa İttifaqının qeyri-formal görüşü keçirilib. Görüşdə konkret qərarlar qəbul edilməyib, iştirakçılar yalnız qeyri-leqal miqrasiya ilə mübarizə və Avropa İttifaqının sərhədlərinin möhkəmləndirilməsi üzrə ümumi mövqeyi ifadə ediblər.
Publika.az