"Faytonçu" Nazim kökəlib əvvəlki halına qayıtdı - FOTO
25 İyun 2018 15:04 MədəniyyətFaytonçu ləqəbli müğənni Nazim Pişiyari "Xəzər maqazin"ə səhhəti ilə bağlı açıqlama verib.
Bir il əvvəl ağır xəstəliyi olan sənətçi arıqlaması ilə gündəmə gəlmişdi. Pişiyari bildirib ki, artıq müalicəsi bitib və özünü yaxşı hiss edir:
"49 yaşım tamam olacaq, hələ indiyənə kimi həkimə getməmişdim. Ödümdə olan ağrı bu hala gətirdi məni. Ödüm kəsildi, bütün çirk bağırsağa axırdı. Həkim mənə həm maddi, həm də mənəvi ziyan vurdu. Bir il İsraildə əməliyyat olundum və tam sağlamam".
Nazim 50 yaşını səhnədə tamaşaçılarla birlikdə qeyd edəcəyini söyləyib. O, yaxın günlərdə solo konsert verəcəyini deyib.
Sənətçi eyni zamanda kökəlib, əvvəlki görünüşünə qayıdıb.

Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31