Gündəm

Ucarda heyvanlar peyvəndlənib

18 Fevral 2019 17:57

Fədayə yenidən hakim qarşısına çıxacaq

18 Fevral 2019 17:03

Xəbər verdiyimiz kimi, Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın apelyasiya şikayəti verib. Onun məhkəmə prosesinin vaxtı müəyyənləşib. Bu barədə  müğənninin vəkili Türkel Süleymanlı məlumat verib. O bildirib ki, məhkəmə prosesi bu ayın 28-i baş tutacaq.

Sıla və Ebru Gündeşə görə iş adamlarından 200 min alana 8 il cəza

18 Fevral 2019 16:54

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Velizadə prodakşın”ın rəhbəri, müğənni Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, T.Vəlizadə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qara qar yağdı - Uşaqlar üçün zərərlidir

18 Fevral 2019 16:52

Rusiyanın Sibir bölgəsində qara qar yağıb. Qara qar əsasən Prokopyevsk, Leninsk-Kuznetsky ve Kiselyovsk bölgələrində müşahidə edilib. Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır. İlkin məlumata görə, qara qarın yağma səbəbi ərazidəki fabriklərdən havaya buraxılan tüstüdür. Ərazidəki zavodlardan birinin direktoru Anatoliy Volkov şirkətin küçəni kirdən qoruyan xüsusi pərdələrinin olduğunu deyib.

Maduro: O, sionistlərə xidmət edən MKİ casusudur

18 Fevral 2019 16:51

Xuan Quaido ABŞ-ın və sionistlərin maraqlarına xidmət edən MKİ casusudur. Bunu Hizbullaha tabe olan “Əl Mayadin” televiziyasına müsahibəsində Venesuela Prezidenti Nikolas Maduro deyib. O, ABŞ-ın Venesuela neftini və zənginliklərini ələ keçirməyə cəhd etdiyini bildirib.

“Mənə yazan kişilərin 70 faizi evlidir”

18 Fevral 2019 16:48

Türkiyəli aparıcı Seda Akgül “Kanal D”də yayımlanan “İkinci sayfa” proqramının qonağı olub. 47 yaşlı aparıcı etdiyi açıqlamalarla diqqət mərkəzində olub. “İndiyədək heç kim mənə nişan üzüyü taxmayıb. Nişanlananda da üzüyümü özüm almışdım. Başqalarının yanında alçalmasın deyə, “nişanlım alıb” deyirdim.

Xatirə liposaksiya əməliyyatına görə ana olmaqdan vaz keçdi

18 Fevral 2019 16:43

“İkinci dəfə ana olub, sonra liposaksiya əməliyyatı etməli idim”. Bu sözləri müğənni Xatirə İslam “ATV maqazin onlarla” proqramında danışıb. Sənətçi bildirib ki, əməliyyata görə ikinci dəfə ana olmaqdan imtina edib: “Çox istəyirdim ki, bir qızım olsun, sonra əməliyyat etdirim və sənətin qoynuna atılım. Evimizdə də bu söz-söhbət həmişə var. Övladımın da tək qalmasını istəmirik. Uşaq elə darıxır ki, öz-özünə danışır. 

Rasim Balayev İbrahimbəyovun yubileyinə niyə getmədi?

18 Fevral 2019 16:41

Rüstəm İbrahimbəyov məni 80 illik yubileyinə dəvət etməyib. Bu sözləri açıqlamasında xalq artisti Rasim Balayev Rüstəm İbrahimbəyovun 80 illik yubileyi ilə bağlı Bakıda keçirilən mərasimdə iştirak etməməsinə aydınlıq gətirərkən deyib.

Köçəryanın oğluna ölkədən çıxış qadağan edildi – Həbsi hazırlanır

18 Fevral 2019 16:39

Ermənistanın eks-prezidenti Robert Köçəryanın böyük oğlu Sedrak çirkli pulların yuyulması və vergidən yayınmada ittiham olunub. Bunu Sedrak Köçəryanın özü jurnalistlərə açıqlamasında deyib. O, ittihamı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin irəli sürdüyünü bildirib.

Prezident: “SOCAR Polymer” qeyri-neft ixracını 15 faiz artıracaq

18 Fevral 2019 16:36

“SOCAR Polymer” bizim qeyri-neft ixracımızı 15 faiz artıracaq. Bu sözləri Prezident İlham Əliyev “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında deyib. Ölkə başçısı qeyd edib: “Zavodun istehsal gücü 300 min ton olacaqdır. Bu, bizim qeyri-neft ixracımızın 15 faizinin artımı deməkdir. Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır. Bununla paralel olaraq, belə böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti gənclərin hazırlanmasına da xidmət göstərir”.

Fatimə qızına qadağalı toy edəcək

18 Fevral 2019 16:27

Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın “hə” mərasimi baş tutub. Bu barədə “ATV maqazin onlarla”ya danışan Fatimə kürəkəni ilə qızının vasitəsilə tanış olduğunu deyib.

“S-400”-lərin Türkiyəyə çatdırılacağı tarix MƏLUM OLDU

18 Fevral 2019 16:25

Rusiya bu ilin sonuna kimi Türkiyəyə “S-400” hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını başa çatdıracaq. Bu haqda Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov “IDEX-2019” müdafiə sərgisinin gedişatında jurnalistlərə açıqlamasında deyib. Qeyd edək ki, “S-400” zenit-raket kompleksləri ilə bağlı Rusiya və Türkiyə arasında başlanan razılaşma ABŞ və Türkiyə arasında gərginliyin əsas səbəblərdən biri kimi göstərilir. Vaşinqton Ankaranı dəfələrlə təhdid edib ki, Türkiyə “S-400” alarsa”, “Patriot” ala bilməyəcək, eyni zamanda, “F-35” proqramında iştirakı riskə girə, ABŞ-ın sanksiyalarına məruz qala bilər.