Himnimiz başqa dildə oxuna bilməz
18 Fevral 2019 19:42 SosialAzərbaycanın dövlət himninin başqa dildə oxunması qanunla qadağan edilir.
Yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında" qanun layihəsində (üçüncü oxunuş) əksini tapıb.
Qanunun 8-ci (Azərbaycan Respublikasının Dövlət himninin istifadəsinə dair məhdudiyyətlər) maddəsinə əsasən, himn başqa dildə oxuna bilməz.
Layihə Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirə olunacaq./report/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31