Gündəm

Universitet  böhtan xarakterli yazılarla bağlı məhkəməyə müraciət edəcək

18 Fevral 2019 16:22

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib. Universitetin rektoru akademik Kamal Abdullanın və professor-müəllim heyətinin iştirak etdiyi iclasda son vaxtlar müxtəlif mətbuat orqanlarında ali təhsil ocağının rəhbərliyi və kollektivini hədəf alan böhtan xarakterli yazılarla bağlı xüsusi müzakirə aparılıb. Olaylar.az bildirir ki, Elmi Şuranın üzvləri, o cümlədən ali məktəbin professor müəllim heyəti heç bir əsası olmayan ittihamların onların nüfuzuna xələl gətirdiyini, peşəkar fəaliyyətlərini gözdən saldığını qeyd edərək, bu kimi hallara öz qəti etirazlarını bildiriblər. Onlar bununla bağlı zəruri hüquqi addımların atılmasının vacibliyi haqqında universitet rektoru qarşısında məsələ qaldırıblar.

Sarayda “Zima-2019” beynəlxalq uşaq festivalı

18 Fevral 2019 13:52

Azərbaycan Mədəniyyət Nazirliyinin və “Beat Group” şirkətinin dəstəyi ilə Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Konsertdən əvvəl qırmızı xalı üzərindən keçən gənc vokalçılar festivaldan gözləntilərini paylaşdılar.

17 yaşadək olan uşaqlar üçün rəsm müsabiqəsi

18 Fevral 2019 13:49

Xətai Sənət Mərkəzinin elan etdiyi “Yurdumuza bahar gəlir” rəsm müsabiqəsi davam edir. Olaylar.az bildirir ki, müsabiqəyə 17 yaşadək olan uşaqlar qatıla bilər. Təqdim olunan sənət əsərlərinin son qeydiyyat tarixi martın 4-də bitəcək. Müsabiqədə seçim iki yaş kateqoriyası üzrə (12 və 12-17) aparılacaq.

Əfqanıstanın Azərbaycandakı səfiri Universitetdə

18 Fevral 2019 12:28

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayla görüşüb. Olaylar.az bildirir ki, iki ölkə arasındakı əlaqələrin tarixi inkişafından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi nəticəsində Əfqanıstan ilə müxtəlif sahələrdə uğurlu münasibətlərdən bəhs edən F.Qurbanov elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib.

“Əsli və Kərəm” növbəti dəfə səhnədə

18 Fevral 2019 12:28

Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında xüsusi yer tutan “Əsli və Kərəm” növbəti dəfə operasevərlər üçün təqdim olunub. Bəstəsi dahi bəstəkar Ü. Hacıbəyliyə məxsus olan səhnə əsərinə Əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib.

Yaqub Mahmudova həsr olunmuş kitab təqdim edildi

18 Fevral 2019 11:35

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)” adlı kitabın təqdimatı keçirilib. Tarix İnstitutundan Olaylar.az-a verilən məlumata görə, kitabın ideya müəllifi və tərtibçisi tarixçi alim Güntəkin Nəcəflidir. Kitab Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun anadan olmasının 80 illiyinə həsr olunub.

Fransa və Səudiyyə Ərəbistanından gözlənilməz addım: savaş gəmiləri...

18 Fevral 2019 10:37

Fransa Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlıq edəcək. Fransanın “Naval Qrup” şirkəti Səudiyyə Ərəbistanı Hərbi Sənayesi (SAMİ) savaş gəmiləri və sualtı gəmilər istehsal etmək üçün razılaşma imzalayıb.

Dışişleri Bakanı Çavuşoğlu ABD'li mevkidaşı Pompeo ile görüştü

18 Fevral 2019 10:32

Dışişleri Bakanı Mevlüt Çavuşoğlu, ABD Dışişleri Bakanı Mike Pompeo ile telefonda görüştü. Dışişleri Bakanı Mevlüt Çavuşoğlu, ABD Dışişleri Bakanı Mike Pompeo ile telefonda görüştü.

"3 ay anama yalvardım" - Rəqsanənin qızı

18 Fevral 2019 10:30

Müğənni Aysun İsmayılova media nümayəndələri ilə görüş keçirərək, yeni klipini təqdim edib.  “Düşmənlər” adlı ekran işindən danışan ifaçı bildirib ki, çəkilişlər bir günə başa çatıb. “Mahnı əslində, anam üçün yazılmışdı. Amma çox xoşum gəldi. Üç ay bu mahnı üçün ona yalvardım. Axırda gördüm alınmır, çəkib İnstaqramda paylaşdım ki, bəlkə ürəyi yumşala. Nəhayət, istəyimə nail oldum. Ümid edirəm ki, bəyənəcəksiniz” deyə, Aysun bildirib.

Almaniyalı alimlər e.ə. V əsrə aid tapıntıları tədqiq edirlər

18 Fevral 2019 10:28

2013-cü ildən başlayaraq AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Almaniyanın Münhen Lüdviq-Maksimilian Universitetinin Ön Asiya Arxeologiyası İnstitututu Şəmkir rayonunun Qaracəmirli kəndində və ətraf ərazilərdə arxeoloji araşdırmalar aparırlar. Olaylar.az bildirir ki, Beynəlxalq Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiya tərəfindən Qaracəmirli kəndinin ərazisində aşkar olunan e.ə. V-IV əsrlərə aid sarayda arxeoloji tədqiqatlar davam etdirilir, həmçinin Şəmkir rayonu ərazisindəki digər yeni abidələrin  qeydiyyatı və həmin abidələrdə əsasən kəşfiyyat xarakterli qazıntılar həyata keçirilir.

Oksananın məktəbini su basdı

18 Fevral 2019 10:17

Rəqqasə Oksana Rəsulovanın rəqs məktəbi bağlanıb. Bu haqda sənətçi özü "X maqazin"ə açıqlamasında deyib. Oksana bildirib ki, məktəbi su basıb:

Nazir  Koventri Universitetində tələbələr qarşısında mühazirə ilə çıxış etdi

18 Fevral 2019 10:13

Birləşmiş Krallığa səfəri çərçivəsində nazir Əbülfəs Qarayev Koventri Universitetini də ziyarət etmişdir.  Olaylar.az bildirir ki, Universitetin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzində qurumun icraçı direktoru Professor Mayk Hardi ilə görüşən nazir “Bakı Prosesi” çərçivəsində həyata keçirilən layihələr və qarşıdan gələn 5-ci Ümudünya Mədəniyyətlərarası Dialoq Forumunun proqram və müzakirə konsepsiyası ətrafında fikir mübadiləsi apardı. Nazir professor Hardiyə son 6 ildə “Bakı Prosesi”nin inkişafında akademik səviyyədə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi və Mərkəzin dünya miqyasında dialoq və anlaşma yollarını araşdırmaqda mühüm rolunu yüksək qiymətləndirdiyini vurğuladı.

Tarixi ana çox AZ QALDI - Trampdan həyəcanlı açıqlama

18 Fevral 2019 09:59

ABŞ Çin ilə tarixin ən böyük ticarət razılaşmasını imzalamağa hazırlaşır. Bu barədə ABŞ prezidenti Donald Tramp danışıb. Prezident rəsmi Pekinlə aparılan danışıqların son dərəcə yaxşı getdiyini və razılaşmanın əldə edilməsinə olduqca az zaman qaldığını bildirib.