İrəvanda "Tramp marşrutu" həyəcanı: TRIPP regionda güclər nisbətini necə dəyişir? – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan və politoloq Mihran Şahzadeyan keçirdikləri mətbuat konfransında TRIPP ("Tramp marşrutu") layihəsinin İrəvanın İran və Rusiya ilə əlaqələrini birbaşa məhdudlaşdırmaq məqsədi daşıdığını bəyan ediblər. Ekspertlər ABŞ-nin Cənubi Qafqazda üstünlük qazanmaq strategiyasının tərkib hissəsi olan bu dəhlizin İran və Rusiya üçün ciddi təhdid yaratdığını, həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində gömrük tənzimləmələri və Ermənistanın suverenliyi baxımından qeyri-müəyyənliklər doğurduğunu vurğulayıblar. 

Qeyd edək ki, ABŞ-yə Zəngəzur vasitəsilə Naxçıvana gedən marşrut üzrə 99 illik eksklüziv hüquqlar verilməsini nəzərdə tutan layihə ilə bağlı Rusiya XİN də infrastrukturdakı mövcud öhdəliklər və Aİİ üzvlüyü fonunda ciddi gеоpolitik risklərin olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31