Şalva Papuaşvili Aİ-də səsvermə qaydalarının dəyişdirilməsi təklifini tənqid edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqında qərarların yekdil yox, tövsiyə olunan ixtisaslı səs çoxluğu ilə qəbul edilməsi təklifini tənqid edərək, bu şərtlər daxilində respublikanın quruma üzvlüyünün məqsədəuyğunluğunu sual altına alıb. Almaniyanın XİN rəhbəri Yohann Vadefulun xarici siyasət və təhlükəsizlik məsələlərində bir ölkənin veto hüququnu ləğv etmək təklifinə münasibət bildirən spiker, bunun kiçik dövlətlər üçün fəlakətli dəyişiklik olacağını vurğulayıb. 

Papuaşvili qeyd edib ki, milli maraqları qorumaq və zərərli qərarları bloklamaq imkanı əlindən alınarsa, Aİ-yə üzv olmağın siyasi cəlbediciliyi və əsas motivasiyası itir, bu halda kiçik ölkələr üçün blokdan kənarda qalmaq daha sərfəlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31