Gündəm
ABŞ-da atışma nəticəsində 4 nəfər ağır yaralanıb
ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində atışma baş verib. Hadisə nəticəsində azı 4 nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb və onların vəziyyətinin ağır olduğu bildirilir.
Hacı Nuran evlənməyə qız axtarır
Tanınmış aparıcı Hacı Nuran evlənmək istəyir. O, bu barədə “Atv maqazin onlarla” proqramında bildirib.
Ərdoğan və Putin yenidən görüşəcək
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin apreldə yenidən görüş keçirəcəklər. Bunu Rusiya prezidentinin müşaviri Yuri Uşakov deyib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan aprel ayında Moskvaya səfər etməyi planlaşdırır. Uşakov deyib ki, Ərdoğanın Moskvaya səfəri aprelin ilk hissəsində gözlənilir.
“Kərgədan buynuzu” tamaşası nümayiş olunacaq
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin hazırladığı “Kərgədan buynuzu” tamaşası nümayiş olunacaq. Olaylar.az bildirir ki, Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” əsərinin motivləri əsasında hazırlanan tamaşaya dram rejissoru ixtisasının rus bölməsinin IV kurs tələbələri Fəridə Nesterenko, Bella Klimaşeva, Yuriy Omelçenko, Raulya Rzayeva, Cahandar Cəfərli və Tamerlan Əsədov quruluş veriblər.
Məşhurlar Leyla Əliyeva ilə bir arada - Fotolar
Xalq artistləri Faiq Ağayev, Tünzalə Ağayeva, aparıcı Hacı Nuran və digər tanınmışlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə fotolar çəkdiriblər. Şəkillər Heydər Əliyev sarayında sərgidə lentə alınıb.
Məktəb direktorunu döyən aktyora cinayət işi açıldı
Məktəb direktorunu döyən "Drakon" ləqəbli aktyor Rza Rzayevə cinayət işi açılıb. Rza Rzayevə Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırmadan sonra Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Aral dənizinin quruyan ərazilərində meşə zolağı salınacaq
Aral dənizinin quruyan ərazilərində meşə zolağı salınacaq. Bu haqda Özbəkistan Hökuməti qərar qəbul edib. Qərara görə, bunun üçün Özbəkistan Hökuməti 2019-cu il ərzində mərhələlərlə 100 milyard sum (1 dollar 8300 sum) həcmində vəsait ayıracaq.
Yaşayış binası uçdu: ölənlər və xəsarət alanlar var
Çinin Fuçjou şəhərində yaşayış binasının uçması nəticəsində 3 nəfər həlak olub. Hadisə zamanı həmçinin daha 14 nəfər yaralanıb.
Azərbaycanlı rəssamlar Hindistanı təsvir etdilər
Hindistanın Azərbaycandakı səfirliyində “Hindistan Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi açılıb. Hindistanın Azərbaycandakı səfirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçirilən tədbirin layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı isə Aygün İsgəndərovadır. Hindistanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Govindan Pacheni tədbiri açaraq, sərginin hər iki ölkənin mədəni əlaqələrinin daha da inkişaf etməsində önəmli rol oynadığını vurğulayıb.
Ahmet Kayanın həyatından film çəkiləcək
Türkiyəli mərhum ifaçı Ahmet Kayanın həyatından film çəkiləcək. Bu barədə “Sabah” qəzeti məlumat yayıb. Bildirilir ki, üç prodüser birləşərək sənətçinin 20-ci ölüm ildönümündə onun həyatını əbədiləşdirmək istəyir. Əgər Kayanın həyat yoldaşı razı salınarsa, onun haqda film çəkiləcək.
Macarıstanlı diplomat Musiqili Teatrda
Macarıstan Respublikasının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfirinin ikinci katibi, Mədəniyyət və Təhsil məsələləri üzrə diplomat cənab Mihay Qruber Azərbaycan Dövlət Musiqili Teatrında olub. Olaylar.az bildirir ki, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonağa 136 il əvvəl tikilmiş teatrın inzibati binasının yaranma tarixi, burada oynanılan ilk tamaşalar barəsində danışıb, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bir neçə il əvvəl aparılan mükəmməl yenidənqurma və bərpa işlərindən sonra sənət ocağında kollektivin daha böyük əzmlə çalışdığını qeyd edib.
Lavrovla Mnatsakanyan Qarabağı müzakirə etdi
Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Zoqrab Mnatskanyan Münhen təhlükəsizlik konfransında görüşüblər.
Bəhruz Quliyev: “Azərbaycanlılarla çeçenləri özündə birləşdirən daha bir amil ümumi Qafqaz evidir”
Azərbaycan xalqı ilə çeçen xalqı arasında daim mütəşəkkil və kifayət qədər möhkəm qardaşlıq əlaqələri mövcuddur, bu reallıq isə, uzun illərə söykənir”. Sözügedən fikirləri Olaylar.az-a “Səs” Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev son günlər azərbaycanlılarla çeçenlər arasında təxribata hesablanmış cəhdlərlə münasibətini bildirərkən deyib.
Azərbaycan və Çeçenistan xalqları arasında münaqişənin qızışdırılmasına imkan verməyəcəyik - Çeçen nazir
Azərbaycanlılarla çeçenlər arasında münaqişənin yaranmasında maraqlar barədə bir neçə versiya ola bilər və bu versiyaların hər biri mümkündür. Bunu Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov Moskvada baş vermiş insidenti şərh edərkən deyib. Nazirin sözlərinə görə, bu insident Rusiyada yaşayan iki nüfuzlu icmanı bir-birindən küsdürmək və bununla etnik zəmində toqquşmalar yaratmaq cəhdidir:
Azərbaycanda axtarışda olan şəxslər SAXLANILDI
Xaçmaz şəhərində axtarışda olan şəxslər saxlanılıb.














